Siyavuş Novruzov: "Məhəmməd Füzuliyə prezident təqaüdü təyin edilmişdi, ala bilmədi"
03 fevral, 2021 14:38
"Korrupsiya və rüşvətxorluq iki tərəfli olur. Rüşvəti verməsən, alan kimdir ki?”.
Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, korrupsiya və rüşvətxorluğun kökləri qədim dövrlərə gedib çıxır:
"Sosial təminat sahəsində korrupsiya olub. Xatırlayırsınızsa, Məhəmməd Füzuliyə 9 axçalıq prezident təqaüdü təyin edilmişdi, ala bilmədi. Şikayətə getsə də, ala bilməyib. Deyir, salam verdim, rüşvət deyildir deyə almadılar. Yəni bu bütün dövrlərdə olub”.