Şəhid Milli Qəhrəmanın ailəsi illərdir kirayədə yaşayır – həyat yoldaşı danışır

06 avqust, 2020 15:00

Şəhid Milli Qəhrəman Nofəl Quliyevin ailəsi kirayədə yaşayır.

Bu barədə “Azsiyasət.com” saytının redaksiyasına informasiya daxil olub. Məsələ ilə bağlı saytın əməkdaşı Milli Qəhrəman Nofəl Quliyevin həyat yoldaşı Furadan Xəlilova ilə əlaqə saxlayıb.

F.Xəlilova bildirib ki, hazırda bir oğlu və iki nəvəsi ilə kirayədə yaşayır:

“Vəziyyətimiz yaxşı deyil, evsiz qalmışıq. Hazırda Nəsimi rayonu Asif Məhərrəov küçəsi 174, mənzil 101-də oğlumla, nəvələrimlə kirayədə yaşayırıq, ayda 450 manat kirayə pulu verməyə məcburuq. Xahiş edirəm, mənə kömək olunsun. İnanıram ki, Cənab Prezidentin, Mehriban xanımın məlumatı olsa, bizi mənzillə təmin edəcəklər. 2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyətində ev növbəsindəyəm. Dövlətdən heç vaxt ev almamışıq, öz evim var idi, orada yaşayırdıq. Amma problemlər ucbatında satdıq. İndi kirayələrdəyik”.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Təəssüf ki, telefonlara cavab verən olmadı.

Azərbaycanın ərazi bütövlüyü uğrunda xeyli sayda erməniləri məhv edərək qəhrəmancasına şəhid olan Nofəl Quliyevin ailəsinin mənzillə təmin olunması üçün məsələni diqqətdə saxlayacağıq.

Xatırladaq ki, Quliyev Nofəl Zahid oğlu 1963-cü ilin oktyabr ayının 4-də Şirvan şəhərində (keçmiş Əli Bayramlı) dünyaya göz açıb. 1971-ci ildə Şirvan şəhər 9 saylı orta məktəbinin birinci sinfinə gedib, 1981-ci ildə təhsilini başa vurub. 1982-ci ildə N.Quliyev ordu sıralarına çağrılıb.  1984-cü ildə əsgəri xidmətini başa vurub, bir müddət Bakı Məişət Kondisionerləri Zavodunda çalışıb. Quliyev Nofəl 1984-cü ildə ailəsi ilə birlikdə Tümen şəhərinə köçür, burada işləyə-işləyə tikinti texnikumuna daxil olur. Altı il burada yaşadıqdan sonra doğma yurda dönür. Nofəl Quliyev iş üçün Respublika Daxili İşlər Nazirliyinə müraciət edir. Bakıya daimi pasport qeydiyyatı olmadığı üçün onu işə qəbul etmirlər. O, Bakıdakı tikinti idarələrindən birinə işə düzəlir. Bir müddətdən sonra yenidən DİN-nə müraciət edir. Çox çətinliklərdən sonra onu sıravi polis nəfəri kimi işə qəbul edirlər. Nofəl tez-tez döyüş bölgələrində ezamiyyətdə olurdu. Bu səfərlər adətən 10-15 gün çəkirdi. 1991-ci ilin soyuq dekabr ayında Goranboyun Todan kəndi erməni yaraqlılarının güclü hücumuna məruz qalmışdı. N.Quliyev yenə dostları ilə birlikdə silaha sarılaraq döyüşə yollandı. Qüvvələr nisbəti düşmən xeyli üstün idi. Buna baxmayaraq, cəsur döyüşçülərimiz kəndin bir qarış torpağının belə düşmən əlində qalmasına imkan vermək istəmirdilər. Ermənilər xeyli canlı qüvvə itirmişdilər və artıq geri çəkilirdilər. Nofəl yaxınlıqdakı yüksəklikdə özünə mövqe seçməklə ermənilərin yolunu kəsmişdi. Cəsur döyüşçü N.Quliyev son damla qanma qədər vuruşub çoxlu erməni faşistini məhv etdi və özü də qəhrəmancasına şəhid oldu. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Quliyev Nofəl Zahid oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Ailəli idi. Bir övladı yadigar qalıb. N.Quliyev Şirvan şəhərində, Şəhidlər Xiyabanında dəfn edilib. Şirvan şəhər 9 saylı orta məktəb Qəhrəmanın adını daşıyır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR