İcra başçısı məşhur idmançını Azərbaycandan necə qaçaq saldı?

05 fevral, 2021 16:43

Prezident İlham Əliyevin AZTV-yə son müsahibəsi zamanı söylədiyi fikirlər ciddi müzakirələrə səbəb olub. Dövlət başçısı növbəti dəfə məmurlara xəbərdarlıq edərək, onları öz işləri ilə məşğul olmağa, həyata keçirilən islahatlara kölgə salmamağa çağırıb.

Uzun illərdir mətbuatda məmur özbaşınalığı ilə bağlı müzakirələr gündəmə gəlsə də, bəzi “çinovnik”lər nəinki bundan nəticə çıxarmır, əksinə əl qoyduqları digər sahələri də monopoliyaya alırlar. Peşəkar boksçu, boks üzrə üçqat dünya çempionu Ramal Amanovun başına gətirilənlər bunun bariz nümunəsidir.

Azsiyasət.com tia.az-a istinadən xəbər verir ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov tədbirlərin birində boksçuları təhqir etməyə başlayıb. Buna etiraz edən Ramal Amanov S.Mikayılov tərəfindən küçə söyüşləri ilə təhqir olunub.

R.Amanov isə icra başçısına “Süleyman müəllim, “Niyə bizi təhqir edirsiniz?” iradını bildirdikdə isə, S.Mikayılov “Sənin kitabın bağlandı, get “parkovşik" işlə” şəklində qarşılıq verib və onu söyməkdə davam edib.

Bundan sonra Ramal Amanov üçün bütün qapılar bağlanıb və bütün yarışlardan kənarda saxlanılıb.

Ölkəmizin tanınmış idmançılarından olan Ramal Amanov Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərova müraciət etsə də, Fövqəladə Hallar naziri “Süleyman mənim üçün doğma adamdır, onun qərarını ancaq o özü ləğv edə bilər” cavabını verib. İcra başçısı tərəfindən təqib olunan R.Amanov çıxış yolunu ölkəni tərk etməkdə görüb.

Hazırda ABŞ-da yaşayan R.Amanov peşəkar boksçu olaraq xarici ölkələri təmsil edir və kifayət qədər uğurlu nəticələri var. Bütün hallarda Ramal Amanov kimi yüksək nəticə əldə edən idmançılarımız Azərbaycanda yaşaya və bayrağımızı beynəlxalq yarışlarda dalğalandıra bilərdi. Necə ki, Ulu Öndər Heydər Əliyev deyərdi: Azərbaycanın bayrağı iki halda dalğalanır:

“Biri prezident xaricə ölkəyə səfər edəndə, digəri isə idmançılar nailiyyət qazananda”.
Amma bu Ramal Amanov və onun kimi istedadlı idmançılara nəsib olmadı. Çünki “Çakır” ləqəbli Süleyman Mikayılov və digər məmurlar Azərbaycanı öz oylağı hesab etdilər və peşəkar insanları ölkəmizdən qaçaq saldılar. Özü də nəyə görə: “Təhqir olunmasına etiraz etdiyinə görə”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR