Nazir 31 yaşlı gənci vəzifəyə təyin etdi

06 avqust, 2020 15:20

Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun müvafiq əmri ilə İrzaquluyev Anar Əhəd oğlu Qobustan Gənclər Evinin direktoru təyin olunub.

"Azsiyasət.com" xəbər verir ki, A.İrzaquluyev 2016-cı ilin oktybr ayından bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətində baş əmək müfəttişi vəzifəsində çalışıb. O, 1989-cu il 14 sentyabrda Bakıda anadan olub. 1996-2007-ci illərdə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə təhsil alıb. Ali təhsilini 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində alıb. A.İrzaquluyev həm ictimai fəaliyyətə, həm də ilk əmək fəaliyyətinə təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini olaraq başlayıb. Universitet illərində “İRƏLİ” İctimai Birliyində aktiv fəaliyyət göstərib, YAP Gənclər Birliyinin müxtəlif layihələrində çalışıb, daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qurulması prosesində yaxından iştirak edib və ittifaq yarandıqdan sonra iqtisadiyyat departamentinin rəhbəri kimi fəaliyyət göstərib. 2011-2012-ci illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin nəznində Milli Qvardiya sıralarında hərbi xidmətdə olub. 2013-2015-ci illərə “Transservis” MMC’də gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis olaraq Bakı və İstabul şəhərlərində çalışıb. A.İrzaquluyev yüzdən çox sosial layihə və kampaniyada iştirakçı, təlimçi və təşkilatçı kimi təmsil olunub. Əməyin mühafizəsi, əməyin təhlükəsizliyi, əmək şəraiti və digər mövzularda keçirilən elmi konfrans və seminarlarda məruzəçi kimi çıxış edib.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür, 2019-cu ilin may ayından etibarən Binəqədi rayonu ilk ərazi təşkilatına rəhbərlik edir. Ailəlidir, 1 övladı var. Qeyd edək ki, Qobustan Gənclər Evinin ümumi sahəsi 1102 kv metrdir və 1 may 2013-cü ildən fəaliyyət göstərir. Bu sosial xidmət müəssəsi Qobustanda olan 13 min 300 gənclə vətənpərvərlik tərbiyəsi, sağlam həyat tərzinin təbliği, ictimai həyatda iştirak, məşğulluq, asudə vaxtın səmərəli təşkili və yaradıcılıq istiqamətləri üzrə iş aparır. Qobustan Gənclər Evində internet kafe, atıcılıq klubu, 3D kino zalı, rəsm, rəqs studiyaları və kompyuter kursu mövcuddur. 5 avqust 2020-ci il tarixində Anar İrzaquluyev Qobustan Gənclər Evi kollektivinə təqdim edilib və vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR