İcra hakimiyyətləri ləğv olmalıdır - Sıfırdan ”oyun qaydaları"

06 fevral, 2021 12:23

Prezident nümayəndəliyi: ərazi-inzibati idarəetmədə islahatların başlanğıcı

Fevralın 4-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi işğaldan azad olunmuş ərazilərdə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının struktur bölməsidir. Mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər.

Təsdiq olunmuş əsasnamədə xüsusi nümayəndəliyin fəaliyyət istiqamətləri olaraq müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək; müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək; müvafiq ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək; Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək qeyd edilib.

Xüsusi nümayəndəliyin vəzifələri isə müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin, digər təşkilatların müvafiq ərazidə əlaqələndirilmiş fəaliyyətini təmin etməkdən; əhalinin yaşayış yerlərinə qayıtması və məskunlaşması üçün zəruri təhlükəsizlik, iqtisadi, sosial, kommunal və digər tədbirlər planları layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq olunmuş planların icrasına nəzarət etməkdən; müvafiq ərazidə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılmasının təşkilinə nəzarət etməkdən; müvafiq ərazi hüdudlarında dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya istifadəyə, icarəyə verilməsinin müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə uyğunluğunu yoxlamaq, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların səmərəli istifadəsi və mühafizəsi üçün zəruri tədbir görülməsi ilə bağlı aidiyyəti dövlət orqanları (qurumları), bələdiyyə qarşısında məsələ qaldırmaqdan; müvafiq ərazidə kənd təsərrüfatı üçün yararlı torpaqların və onların keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, kənd təsərrüfatı texnikası və istehsal vasitələrinin, heyvandarlıq məqsədləri üçün saxlanılan heyvanların uçotunun aparılması, saxlanılması, mühafizəsi, fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi işlərinə nəzarət etməkdən; sahibkarlıq fəaliyyəti subyektlərinin müvafiq ərazidə həyata keçirdikləri və ya təqdim etdikləri biznes layihələrinin müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə uyğunluğunu yoxlamaq və müvafiq tədbirlər görməkdən; müvafiq ərazidə tikinti layihələrinin, tikinti, tikinti-quraşdırma, bərpa, yenidənqurma, abadlaşdırma və digər bu kimi işlərin müvafiq ərazinin perspektiv inkişafı ilə bağlı hədəflərə uyğunluğunu yoxlamaq və müvafiq tədbirlər görməkdən; zərurət olduqda, müvafiq əraziyə giriş-çıxışın xüsusi rejimini müəyyənləşdirmək və həmin rejimin tətbiqini müvafiq ərazinin komendantı vasitəsilə təmin etməkdən; Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi qərarların dövlət orqanları (qurumları) tərəfindən müvafiq ərazidə həyata keçirilməsi vəziyyətini qiymətləndirmək və bununla bağlı aidiyyəti üzrə məlumat verməkdən və sair ibarətdir.

Qeyd edək ki, Prezidentin xüsusi nümayəndəliyi ilə yanaşı, işğaldan azad olunmuş rayonların yerli icra hakimiyyətləri də fəaliyyətlərini davam etdirəcəklər.

Azsiyasət.com bakupost.az-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert, REAL Partiyasının icra katibi Natiq Cəfərlinin fikrincə, növbəti addım rayon inzibati bölgüsünün və rayon icra hakimiyyətlərinin ləğvi olmalıdır:

“Ümid edirəm ki, bu keçici, müvəqqəti qərardır, yerli İcra Hakimiyyətlərinin tamamən ləğvini hazırlamağa zaman qazanmaq üçündür. Əks halda, belə ikitirəlik, ikihakimiyyətlik ən çox elə vətəndaşa, biznesə ziyan vuracaq, orqanlar problemi bir-birinin üzərinə atacaqlar”.

Ekspert yeni Konstitusiya komissiyasının yaradılmasını təklif edir:

“Sıfırdan ”oyun qaydaları" müəyyən edək, işlək institutlar quraq, iflasa uğrayan icra hakimiyyəti institutunu ləğv edək, yerli özünüidarə institutu yaradaq, ölkədə 12 (15 də ola bilər, baxır necə bölgü olacaq) iqtisadi bölgə təsis edək. Prezident isə bu 12 bölgədə öz nümayəndəsini təyin etsin, hökumət parlamentdən çıxsın, sosial-iqtisadi məsələlərə hökumət baxsın, xarici siyasət, təhlükəsizlik, ordu, hüquq-mühafizə sahəsi Prezidentin nəzarətində qalsın. Səlahiyyətin və məsuliyyətin şəxslər deyil, institutlar arasında proporsional bölünməsi zamanıdır.

Dayanıqlı ölkə qurmağın, əsl sabitliyin yolu budur. İdarəetmənin fəlsəfəsi və sistemin özü dəyişməlidir. Amma bunun üçün konstitusiya islahatlarına ehtiyac var. İstər bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə bağlı, istərsə də, icra hakimiyyətlərinin səlahiyyətlərinin ləğvi ilə bağlı hər hansı addım atılacaqsa, bu konstitusiya islahatları olmadan mümkün deyil. Çünki bu orqanlar konstitusiya ilə təsbit olunub. Qanunla nəyisə dəyişmək mümkün deyil. Ona görə də, bunu əsas götürərək ümumilikdə yeni bir konstitusiya layihəsinin yaranmasına ehtiyac var. Hakimiyyət yeni konstitusiya üçün komissiya qursa, biz əlimizi daşın altına qoymağa, birgə çalışmağa hazırıq"...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR