Hüseynqulu Bağırova məxsus universitetdə Heydər Əliyevin adından saxtakarlıq edildi: ŞOK PAYLAŞIM - FOTOLAR

08 fevral, 2021 16:41

İnstaqramda Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin adına olan səhifədən edilən paylaşım sosial şəbəkələrdə rezonans doğurub.

Azsiyasət.com axar.az-a istinadən xəbər verir ki, Heydər Əliyevin adına açılan səhifədə Ümummilli liderin 94 illiyində onun şəkli əks olunan köynəklərdən Qərbi Kaspi Universitetində döşəmənin silinməsi üçün istifadə edilməsi qınanılıb.

Səhifədə bildirilib ki, bu, Ulu öndərə xalq sevgisinə böyük hörmətsizlikdir.

Səhifənin Heydər Əliyevə aid olmamasına baxmayaraq, bu paylaşım geniş rezonans doğurub və çoxsaylı paylaşımlara səbəb olub. Sosial şəbəkə istifadəçiləri fakta etirazlarını bildiriblər.

Bu paylaşımlardan sonra Qərbi Kaspi Universiteti açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Ulu Öndər Heydər Əliyevin rəsminin və İDEYA təşkilatının loqosunun əks olunduğu köynəyin yararsız hala salınmasını əks etdirən fotonu gördükdə üzüldük:

“Bu fotonun universitetdə çəkilib-çəkilməməsi ilə bağlı araşdırma aparılır”.

Universitetin açıqlamasında Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin ənənələrinin, siyasi kursunun təbliğinə daim xüsusi diqqətlə yanaşıldığı, İDEYA hərəkatının keçirdiyi tədbirlərin fəal iştirakçısı olduğu vurğulanıb:

“Hansısa narazı qalmış tələbənin və ya digər şəxsin bu fotodakı situasiyanı provokasiya məqsədilə hazırladığı və fotosunu çəkdiyi şübhə doğurmur. Fotoda köynəyin hər iki tərəfinin çevrilərək çəkilməsi bu əməlin məqsədliliyindən xəbər verir – istisna deyil ki, şəxs köynəyi özü ilə gətirərək, belə bir situasiya hazırlayıb və fotosunu çəkib.

Faktla bağlı Qərbi Kaspi Universiteti hüquq-mühafizə orqanlarına müraciət edib.

Bir daha Ulu Öndər Heydər Əliyevin ruhu qarşısında baş əyir, hörmətli Prezidentimizə və ailəsinə dərin ehtiramımızı ifadə edirik və gördüyümüzdən iztirab və üzüntü keçiririk”.

Qeyd edək ki, Qərbi Kaspi Universitetinin təsisçisi sabiq nazir Hüseynqulu Bağırovdur.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR