Bu il hansı banklar bağlana bilər? - "Mərkəzi Bank çox sərt siyasət yeridir..."

09 fevral, 2021 15:19

Azərbaycan Banklar Assosiasiyasının yaydığı məlumata görə, 2020-ci ildə ölkədə fəaliyyət göstərən 26 bankdan 4-nün ötənilki xalis mənfəəti əvvəlki illə müqayisədə çox olub. Bunlar “Kapital Bank”, “Turan Bank”, “Naxçıvan Bank” və “Paşa Bank”-dır. Mənfəətini ən çox artıran “Kapital Bank” (2,2 dəfə), ən az artıran isə “Paşa Bank” (29,5%) olub.

16 bankın isə xalis mənfəəti azalıb. Bunlar “AFB Bank”, “Bank VTB Azərbaycan”, “Xalq Bank”, “Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı”, “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, “Unibank”, “Premium Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Express Bank”, “Yapı Kredi Bank Azərbaycan”, “Bank Respublika”, “Bank Avrasiya”, “Rabitəbank” və “Günay Bank”dır.

1 bankın – Pakistan Milli Bankının Bakı filialının zərəri 47,1% azalıb.

3 bank – “Access Bank”, İran Milli Bankının Bakı filialı və “Muğan Bank” ötən ili mənfəətlə, əvvəlki ili zərərlə, 2 bank – “Bank BTB” və “Yelo Bank” isə ötən ili zərərlə, əvvəlki ili mənfəətlə başa vurub.

Ötən cümə günü Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bir neçə bankın xüsusi nəzarətdə olduğunu, koronavirus epidemiyasının həmin banklara da mənfi təsir etdiyini və vəziyyətlərinin Maliyyə Sabitliyi Şurasında müzakirə edildiyini bildirib.

Pandemiya ilini ağır keçirən kommersiya banklarını 2021-ci ildə nə gözləyir?

Bu barədə azpolitika.info-nun suallarını cavablandıran maliyyəçi-ekspert Əkrəm Həsənov bildirib ki, hazırki tendensiya banklarda problemli kreditlərin artacağını göstərir. Onun sözlərinə görə, həm biznes, həm də istehlak kreditləri götürən müştərilər ödəniş etməkdə çətinlik çəkirlər. "Bu da, əlbəttə, pandemiyanın yaratdığı problemlərlə bağlıdır. Ötən il Mərkəzi Bank banklara tövsiyə etmişdi ki, gecikdirmələri nəzərə almasınlar və müştərilərin kredit tarixçələrini korlamasınlar. Ona görə də real vəziyyət bankların hesabatlarında əksini tapmırdi. Bu il artıq tövsiyələr qüvvədə deyil, problemli kreditlər bankların hesabatlarında göstəriləcək", - ekspert vurğulayıb. 

Ə.Həsənov qeyd edib ki, bankların bəziləri problemləri olduğu kimi göstərmirlər: 

"Çünki problemli kreditlər üzrə ehtiyat yaratmaq lazımdır, bu da onların kapitalını azaldır. Mərkəzi Bank bununla bağlı çox sərt siyasət yeridir. Ötən il 4 bankın bağlanmasının səbəbi də bu tələbin yerinə yetirilməməsi ilə bağlı idi. Hazırda bir neçə bank ötən ili zərərlə başa vurduğunu elan edib. Mənfəətlə çıxan bankların da problemli kreditləri çoxdur, amma onları göstərmirlər. Həmin banklar problemli kreditlərini etiraf etsələr, onlar üzrə ehtiyat yaratmağa məcbur olacaqlar. Bu da onların nizamnamə kapitalına mənfi təsir edərək onu tələb olunan 50 milyon manat həddindən aşağı salacaq. Nəticədə, Mərkəzi Bank onlardan kapitalı artırmağı tələb edəcək, səhmdarlar isə əlavə vəsait tapmasalar, bankların bağlanma ehtimalı yarana bilər".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR