Səfirin Rasim Məmmədovla xəyanətə bərabər sponsor oyunu

10 fevral, 2021 13:20

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan "Baku Stell Company” rəhbəri Rasim Məmmədovun Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova ilə əlaqələri də ciddi şəkildə araşdırılmalıdır. 2 il əvvəl Rasim Məmmədovun ətrafında halqa daralarkən Elmira Axundova "qoruyucu mələk”tək ona dəstək verməyə başlayıb.

Belə aydın olur ki, o günlərdə Elmira Axundova ilə işbirliyi Rasim Məmmədovu mümkün həbsdən sığortalamağa hədəflənib. Rasim Məmmədovun istintaqa cəlb edilməsi xəbəri yayıldığı günlərdə Elmira Axudnovanın oğlu Həbib Axundov özünün facebook hesabında ona dəstəyinin ifadə edib, Rasim Məmmədovun sponsoru olduğu, Elmira Axundovanın yazdığı kitabın fotolarını paylaşıb. Elmira Axundova hələ səfir olmazdan əvvəl, cibində deputat mandatı daşıyarkən Rasim Məmmədovun xilas planında yer almağa nə vadar edib?

Bu işbirliyinin görünən tərəfi 2019-cu ildə Elmira Axundovanın sabiq dövlət başçısı Heydər Əliyev haqqında kitabında üzə çıxır. Kitabın ən gözəgəlimli hissəsində, 2-ci səhifənin yuxarı başından "Kitab "Baku Stell Company” şirkətinin təsisçisi Rasim Məmmədovun maliyyə dəstəyi ilə nəşr olunub” yazılıb. Kitab 2019-cu ildə, Rasim Məmmədovun barəsində ilkin araşdırmaların start götürdüyü günlərdə işıq üzü görüb.

Elmira Axundova deyə bilər ki, Rasim Məmmədovun əməllərindən xəbərsiz olub. Amma buna özündən başqa kimsə inanmaz. Çünki həmin günlərdə mətbuatda Rasim Məmmədovun bu gün ittiham edildiyi cinayət əməlləri haqda çeşidli yazılar dərc olunurdu. Bu yazılardan belə aydın olurdu ki, Rasim Məmmədov gizli şəkildə BSC-dən qazanclar əldə edərək xaricə çıxarıb, işdən kənarlaşdırılacağı təqdirdə xarici ölkələrdən birinə sığınmaq üçün hazırlıqlar görür.

Bundan əlavə 2007-ci ildən bu yana Rasim Məmmədovun adı reketlikdə, qoçu dəstəsi saxlamaqda, reyder hucumlarda, dələduzluqla zavodları ələ keçirən əsas sima kimi ölkə ictimaiyyətinə bəllidir. Yəni Rasim Məmmədov ictimai şüura ləkəli reputasiyaya malik biri kimi pərçimlənib. İllərin deputatı Elmira Axundova bundan xəbərsiz olub? Heydər Əliyev kimi dahi haqda kitaba keçmişi ləkəli birinin sponsor olaraq cəlb olunması hansı məntiqə sığır?

Elmira Axundova kitabı çapa hazırlayarkən pulsuzluqdan əziyyət çəkib? Əlbəttə ki, yox! Çünki onun kitabları CBS mətbəəsində və başqa mətbəələrdə Ulu öndərə hörmət, ehtiram əlaməti olaraq pulsuz çap olunur. Belə olan halda Elmira Axundovanı Rasim Məmmədovu bunca ciddi bir kitabın nəşrinə sponsor seçməsi nə ilə əlaqəlidir? Elmira Axundova bu boyda ölkədə reputasiyası, əli təmiz, adı dələduzluqda keçməyən bir sponsor tapmayıb?

Bu gün Rasim Məmmədova elan olunan ittihamlar elə həmin kitab çap olunan günlərdə də keçərli idi. Külli miqdarda dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə ittihamlı bir şəxsi Azərbaycanın taleyində müstəsna rolu olan tarixi şəxsiyyət haqda kitaba sponsor seçməklə Elmira Axundova nə məqsəd güdüb? Elmira Axundova Azərbaycanı dünyaya tanıdan Heydər Əliyev kimi dahi haqda kitaba dələduzluqda adı hallanan birini sponsor olaraq yuxarı başa çəkməsi təsadüfi olub? Elə mətbuat üzərində aparılan kiçik bir gəzişmə kifayət edir ki, Elmira Axundovanın çox da uzağa getmədən kitabın nəşrinə sponsor tapa bilərdi. Məsələn bəh-bəhlə geniş ictimiyyətə iş adamı kimi təqdim etdiyi oğlu Həbib Axundova müraciət edib kitabın maliyyələşməsini təmin edə bilərdi.

Müsahibələrində oğlunun biznesmen olmasını, Həbib Axundov özü isə "yüzlərlə insanın işlədiyi böyük biznesim var” deyirlər. Belə bir halda ətrafında çənbər daralan Rasim Məmmədova Elmira Axundova kitabında niyə yer verib? Elə oğlu həmin kitabı maliyyələşdirə bilməzdi? Ümumiyyətlə pulsuz çap olunan kitaba görə sponsor axtarışlarına nə ehtiyac vardı? Elmira Axundovaya dövlət 3 ev verib. 4-cü ev isə hökumət bağındadır. Deputat maaşı, çoxsaylı imtiyazlar da bura əlavə olunmalıdır. Nədir Elmira Axundova ilə Rasim Məmmədovu birləşdirən?

Belə ehtimallar var ki, Rasim Məmmədov Azərbaycanda taladığı milyonların böyük hissəsini bu gün Elmira Axundovanın səfir ol duğu Ukraynaya, oradan isə Avropaya transfer edib. Elmira Axundovanın da bu ölkəyə səfir göndərilməsi bu baxımdan suallar doğurur. Maraqlıdır ki, bu, səfirin külli miqdarda dələduzluq ittihamı ilə həbsə göndərilən, işbirliyində olduğu ilk şəxs deyil. Rasim Məmmədovun həbsindən cəmi 3 il əvvəl Elmira Axundovanın evinin daimi sakini Elnur İbrahimov da külli miqdarda dələduzluğa görə həbsə göndərilib.

Elmira Axundovanın o zaman Elnur İbrahimovdan günaşırı 5 min manat alması da cinayət işində yer alıb. Elmira Axundovanın böyük dələduzluq əməlləri ortalıqda olan şəxslərlə əlaqələrə həvəs göstərməsi səfir olaraq ölkəmizə yaxşı heç nə vəd etmir. Bununla yanaşı onun ölkənin dünənini, bu gününü və gələcəyini müəyyən edən Ulu öndər barədə kitaba Rasim Məmmədov kimi ləkəli birinin sponsor seçməsinin də hesabı sorulmalıdır.

Criminal.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR