Azərbaycan ordusunun dünyanı heyrətləndirən “kukruznik” taktikası - Amerikalı analitiklər yazır...

11 fevral, 2021 17:09

44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun tətbiq etdiyi yüksək dəqiqlikli silahlar, müxtəlif tipli pilotsuz uçan aparatlar və istifadə olunan hücum taktikası baxımından hələ də aparıcı dünya ölkələrinin hərbi mütəxəssisləri tərəfindən təhlil olunur. ABŞ başda olmaqla bir çox ölkələr isə artıq bu müharibənin təcrübəsini nəzərə alaraq silahlanma konsepsiyasına dəyişiklik edirlər, gələcəyin müharibələrində dronların kritik rol oynayacağını nəzərə alırlar.

Azsiyasət.com virtualaz.org-a istinadən qeyd edir ki, bu müharibə zamanı Azərbaycan ordusu daha bir taktikası ilə dünyanı heyrətləndirmişdi. Belə ki, sovet dövründən qalma, “kukruznik” kimi tanınan birmotorlu An-2 təyyarələri pilotsuz təyyarələrə çevrilmişdi və onları yalançı hava hədəfi kimi istifadə edərək ordumuz düşmənin hava hücumundan müdafiə sistemlərinin yerini aşkarlayırdı. Müharibənin ilk həftələrində Ermənistan Müdafiə Nazirliyi  hər gün Azərbaycanın bir neçə “qırıcısını” vurduğu haqda raportlar verirdi, yalnız həftələr sonra düşmən əslində nəyi vurduğunu anlamağa başladı. Onda isə gec idi, çünki düşmənin Qarabağdakı hava hücumundan müdafiə sistemləri demək olar tam sıradan çıxarılmışdı.

İndi bu unikal fənd barədə ABŞ-ın Çikaqo ştatında mənzillənən “Bulletin of the Atomic Scientists” analitik mərkəzinin online nəşri olan “The Bulletin” yazır. Nəşrin analitikləri Benjamin Fogel və Andro Metyuson yazırlar ki, 2020-ci ilin sentyabrında, Qarabağda hərbi əməliyyatların ikinci günündə erməni komandanlığı öz bölmələrindən birinin aşağıdan və yavaş sürətlə uçan hansısa hava hədəfinə “yer-hava” tipli raketlə atəş açdığına dair görüntüləri yaymışdı. “Lakin erməni əsgərlərinin vurduqları ultramüasir avtonom uçan aparat deyildi, ilk dəfə 1940-cı illərdə keçmiş Sovet İttifaqında kənd təsərrüfatı sahələrinin monitorinqi və dərmanlanması üçün istehsal olunan birmühərrikli təyyarə idi”,-məqalədə deyilir.

“The Bulletin” qeyd edir ki, sonradan Azərbaycanın bir neçə An-2 təyyarəsini pilotsuz uçan təyyarəyə çevirdiyi məlum oldu. Müharibə zamanı onları dəfələrlə kamikadze-dronlar qismində Ermənistan HHM sistemlərinin yerini müəyyən etmək üçün havaya qaldırdılar. Ermənilər isə öz zenit-raket komplekslərindən bu hava hədəfinə atəş açmağa məcbur oldular və beləliklə, öz mövqelərinin yerini Azərbaycan komandirlərinə bildirmiş oldular. Növbəti mərhələdə isə həmin zenit-raket komplekslərinə müasir kamikadze-dronlar istiqamət alırdı.

“Bununla da Azərbaycan dünyaya nümayiş etdirdi ki, hətta An-2 kimi köhnəlmiş texnikanı da yeni profilə gətirmək və dron qismində effektiv şəkildə müharibədə istifadə etmək olar. Bu da hərbçilərin avtonom sistemlərdən istifadəyə dair novator üsullar axtarıb tapmaqda olduqlarını göstərir”,- müəlliflər bildirir.

Məqalədə deyilir ki, Azərbaycanın bu taktikası gələcək münaqişələrdə istifadə olunacaq. Bu tip pilotsuz təyyarələr düşmənin yerini və imkanlarını aşkarlamaq üçün effektiv alət ola bilər və eyni zamanda onu əsas missiyasından yayındırar. Onlar həm də ucuzdur, dəyəri hansısa sınıq-salxaq avtomobilin dəyəri ilə müqayisə oluna bilər və nəticədə belə aldadıcı hədəfləri itirmək risk yaratmır.

“Qeyd etmək lazımdır ki, əvvəllər pilotlu təyyarə olmuş An-2 təyyarələrini yarımavtonom vasitəyə çevirməklə Azərbaycan hərbi təyinatlı dronların yayılmasını ləngitməyə yönəlmiş beynəlxalq səylərin də zəif yerini aşkara çıxarmış oldu”,-müəlliflər bildirir.

Xatırladılır ki, An-2 təyyarələri ötən əsrin 50-ci illərində SSRİ-də, Polşada və Çində kütləvi istehsal olunub. Və hələ də istifadə olunmaqdadır. Bu təyyarələrin təyinatını sifarişçinin istəyi ilə dəyişmək çox asandır və nəticədə onları hərbi təyinatlı drona çevirmək mümkün olub. “Qarabağdakı müharibə dövründə ümumi mövqe belə idi ki, həmin təyyarələr döyüşdə istifadə olunmaq üçün çox köhnədir və yararsızdır. Lakin Azərbaycan bu mövqeni rədd etdi və An-2 erməni HHM qüvvələrinin mövqelərini, avadanlıqlarını aşkarlamaq üçün istifadə olundu”,-amerikalı təhlilçilər vurğulayıblar.

Bildirilir ki, müharibə zamanı Azərbaycan dəfələrlə bu təyyarələri ermənilərin zenit-raket komplekslərinin yerini aşkarlamaq üçün istifadə edib. Eyni zamanda onları partlayıcı maddə ilə yükləyib. Ermənilərin yaydıqları videoların bəzilərində bu təyyarələrin yerə düşərkən böyük partlayış törətdiyi görünür. Bu da amerikalı təhlilçilərin qənaətinə görə, ondan xəbər verir ki, Azərbaycan hərbçiləri An-2 təyyarələrini nəinki yalançı hədəf kimi istifadə edib, eyni zamanda ermənilərə onları vurmamaqdan, beləliklə də mövqelərini aşkara çıxarmaqdan başqa şans buraxmayıb. Çünki ermənilərin zenit-raket kompleksləri bu təyyarələrə atəş açmasaydı onlar böyük dağıdıcı gücə malik kamikadze-dron qismində onların mövqelərinə çırpılacaqdı.

“Azərbaycan qüvvələrini dəstəkləyən mühəndislər çox güman ki, An-2 təyyarələrində avtopilota yönləndirilən pnevmatik sistemlər quraşdırmaqla onları pilotsuz təyyarəyə çeviriblər. 2018-ci ildə ilk dəfə Çin bu təyyarələri pilotsuz yük təyyarələrinə çevirmişdi. Azərbaycan isə başqa yolla gedib və texnikanın profilini döyüş aparmaq üçün dəyişdirib”,-məqalədə deyilir.

“The Bulletin” qeyd edir ki, müharibədən bir neçə həftə əvvəl kommersiya peykləri Yevlaxdakı aerodromda 60-dan çox An-2 təyyarəsini qeydə almışdı. Müharibənin sonlarına yaxın isə onlardan  yarıdan çoxu artıq aerportda yox idi. Açıq mənbələrdə yer alan məlumatlarda isə azı 11 belə təyyarənin erməni qüvvələri tərəfindən vurulduğu bəlli olur.

Təhlilçilər yazırlar ki, əslində pilotsuz təyyarələrdən aldadıcı hədəf kimi istifadə edərək düşmənin hava hücumundan müdafiə komplekslərinin mövqelərini aşkara çıxarmaq taktikasından 1982-ci ildə İsrail Livandakı müharibə zamanı Suriya HHM sistemlərinə qarşı istifadə edib. Suriya ordusunun silahlanmasında yer alan sovet zenit-raket kompleksləri öz radarlarında həmin PUA-ları görərək onları F-16 qırıcıları zənn edirdi. Daha sonra ABŞ ordusu da pilotsuz təyyarələrdən Fars körfəzində İraq HHM sistemlərinə qarşı uğurla istifadə edib. Onlar İraq zenit-raket komplekslərinin diqqətini özlərinə cəlb ediblər, tipini aşkarlayıblar və daha sonra artilleriya atəşi, və ya qırıcılar tərəfindən məhv edilməsinə imkan yaradıblar.

“Ancaq Azərbaycanın An-2 təyyarələrinin qismində köhnə avadanlığı orijinal və qənaətcil şəkildə olduqca müasir və texnoloji baxımdan inkişaf etmiş silahların tətbiq edildiyi regional münaqişədə tətbiq edib. Digər ölkələr, xüsusən də öz arsenalında bolluca köhnəlmiş sovet texnikası olan ölkələr yəqin ki, Azərbaycanın bu nümunəsini istifadə edəcəklər”,-nəşr yazır.

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"