Səbinə Xasayeva: Milli Məclisin müəmmalı deputatı - O, mandatı necə qazanıb?

11 fevral, 2021 19:40

İlk xatırlatma: 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən YAP-ın namizədi qalib gəldi. Həmin dairədən namizədliyi irəli sürülən şəxslər içərisində kimliyi və fəaliyyəti cəmiyyətə tamamilə bəlli olmayan Səbinə Xasayeva hakim partiyanın namizədi kimi mandat qazandı. Parlament seçkilərindən bir il vaxt ötür. S.Xasayevanın seçkidən öncəki cəmiyyətə bəlli olmayan kimliyi bu gün də xeyli suallara yol açır. O, bu gün də parlamentin “lal” deputatları siyahısında yer alır.

Paytaxtın ən böyük seçki dairələrindən birində heç bir nüfuzu, idarəçilik təcrübəsi olmayan şəxsin deputat mandatı qazanması kimə və nəyə lazım idi? Nəzərə almaq lazımdır ki, həmin dairədən deputatlığa namizədlər içərisində ReAL partiyasının funksioneri Natiq Cəfərli də var idi. Açığı, ümumi ictimai rəy, aparılan sorğular həmin dairədən N.Cəfərlinin şəksiz qələbəsinin təmin olunacağını proqnozlaşdırmağa tam əsas verdi. Bu, hər kəsə, ümumilikdə iqtidara da, müxalifətə də açıq məsələ kimi müzakirə predmeti də deyildi. Bir vacib məqamı da qeyd edək ki, N.Cəfərli ictimai-siyasi sferada kifayət qədər tanınan sima olsa da, ölkədə normal seçkilər keçiriləcəyi təqdirdə onun da həmin dairədən mandat qazanmaq şansı az olardı. Sosial şəbəkələr üzərindəki aktivlik, siyasi səhnədəki populyarlıq həmin dairədən onun qələbəsini təmin edə bilməzdi. Söhbət həmin dairədə yaşayan insanların verdiyi dəstəkdən, sosial elektroratdan və bütün bunların fonunda ədalətli seçkidən gedir.

Qutudan sürpriz çıxdı, 26 yaşlı gənc xanım qələbə qazandı. İndiyə qədər S.Xasayeva ilə bağlı açıq ifadəli mətn yazılmadığına görə, bu gün də bu mövzuya toxunmağı kimsə məqbul addım hesab eləmir. Səbinə xanımın necə deputat olması “Bermud uçbucağı” kimi müəmmalı olaraq qalır. Hələki media bu tilsimi sındıra, onun kimliyinə işıq sala bilməyib. Amma... Bu ilk yazı olduğuan görə, bu dəfə səthi şəkildə S.Xasayeva ilə bağlı bəzi məqamları qeyd etməyi vacib hesab edirəm.

Əldə etdiyim informasiyalara görə, S.Xasayeva ilə bağlı yazı yazmaq, onun kimliyini, fəaliyyətini araşdırmaq sanki qadağan olunub. Məntiqsizlik! Necə anlayaq? Adam Milli Məclisin deputatıdır, artıq ictimai şəxsdir, biz onun fəaliyyətini necə müzakirə etməyə bilərik? Əgər özünün, yaxınlarının bu məsələdən xoşu gəçmirdisə, o oza an Milli Məclisə nə üçün salınırdı? Evdə də otura bilərdi, yaxud başqa işlə məğul ola bilərdi. Ortada isə haqlı suallar var, öncə xanım deputatın vikipediyasında başlayaq.

Vikipediyada S.Xasayeva ilə bağlı məlumatlar belə başlayır: azərbaycanlı dövlət və siyasi xadim!

Şərh edək! Kimə dövlət xadimi demək olar? Dövlət hakimiyyətinin çox ciddi, qiymətləndirilmiş xüsusi xidmətləri olan, dövlət idarəçiliyində spesifik iş prinsipləri və xarakteri ilə seçilən şəxslərə dövlət xadimi deyilir. Səbinə xanım 2014-cü ildə ali təhsili başa vurub, Azərbaycan Dillər Universitetində norveçşünaslıq ixtisası üzrə təhsil alıb. 2014-2016-cı illərdə isə ADNSU-də magistr təhsili alıb.

Xanım 2014-cü ildən Lökbatan bələdiyyəsinin üzvü seçilib. Deputat seçilənə qədər isə heç bir dövlət işində işləməyib, heç bir təcrübəsi də yoxdur. Hər halda onun vikipediyası belə deyir. Ali məktəbi bitirib, cəmi 3 il sonra "dövlət və siyasi xadim"ə çevrilib? 

Sual olunur: Məammalı şəkildə mandat qazanmaq Səbinə xanımı “dövlət xadimi”nə və “siyasi xadim”ə necə çevirib? Nə tez? Bir vacib məqamı da unubudlar ki, deputatlıq dövət vəzifəsi deyil. 

Axı Səbinə xanımın heç bir siyasi təcrübəsi də olmayıb, o özünü necə “siyasi xadim” adlandıra bilir?

Heç şübhəsiz, 2020-ci ildə bəlli idi ki, Azərbaycanı qarşıda ağır sınaqlar gözləyir. Koronavirus pandemiyası, 44 günlük Vətən Savaşı və s. Bütün dünyanın cənginə alan iqtisadi təlatümlər məcbur edirdi ki, Milli Məclisdə daha aktiv, daha savdlı, daha səmərəli şəxslər təmsil olunsunlar. Hələ qarşıda bizi məsuliyəylti mərhələ gözləyir. Biz müharibənin fəsadlarını aradan götürməlid, sosial-iqtisadi sabitlik qazanmalı, siyasi stabillik daha uzunmüddətli tənmi edilməlidir. Hörmətli Səbinə xanım bütün bu amillərin hansısa dövlətə yardımçı ola bilrədi? Şəxsən mənə çox maraqlıdır.

Google-da axtarış apararkən Səbinə xanımın bir-iki istisna olmaqla, heç bir açıqlamasına da rast gəlmədik. Cəmi bir neçə şəkli çıxdı, o da sovqat paylayarkən...

Böyük ehtimalla, S.Xasayenın həmin dairədən deputat seçilməsi sərfəli varinat kimi qiymətləndirilib, “lal” fəaliyyət daha məqsədəuyğun hesab olunub. Əgər həmin dairədən aktiv şəxs mandat qazansaydı, necə!? Nəzərə almaq lazımdır ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsi əhalinin ən həssas qruplarının yaşadığı ərazilərdən biri hesab olunur. Ya problemləri qaldırmaq istəməyiblər, ya da xanımın siyasi dəstəyi çox güclü olub və onun deputat olmaq arzusu reallaşıb.

Samir FEYRUZOV  

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR