İlham Əliyev SOCAR, AZAL, ADY və Azərenerji-nin fəaliyyətini tənqid etdi

06 avqust, 2020 23:19

"Dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədə ödənilir? Ancaq narahat edən nədir? Məhz dövlət şirkətlərinin payı. Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz".

AzərTac xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

"Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir", - dövlət başçısı deyib.

"Biz demirik ki, inkişaf etmiş ölkələrdə bu işlər lazımi səviyyədə tənzimlənir? Orada zərərlə kim işləyər? Ola bilər hansısa strateji sahələrə dövlət tərəfindən dəstək, dotasiya verilir. Lakin bir çox hallarda orada bütün iqtisadi münasibətlər bazar iqtisadiyyatı prinsipi əsasında qurulub. Amma belə çıxır ki, bizdə özəl sektor bazar iqtisadiyyatı prinsipləri əsasında fəaliyyət göstərir, - halbuki dövlət oraya da dəstək verir, - amma dövlət şirkətləri elə bil ki, sosializm iqtisadi modelində işləyir. Bu, dözülməzdir. Ona görə bu istiqamətdə çox ciddi addımlar atılmalıdır. Sizə tapşırıram, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır. Belə davam edə bilməz. Bu nəzarətsizlik bundan sonra davam edə bilməz.

Artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar. Mənə də ilkin təqdimat edilibdir. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam", - İlham Əliyev əlavə edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR