Elton Məmmədovun 13 milyonluq şirkəti ləğv olundu

12 fevral, 2021 10:56

"Krosvey" MMC ləğv olunduğunu elan edib.  Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində məlumat verilib.

Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 93 ünvanına (BEGOC Biznes Mərkəzi) bildirə bilərlər.

Məlumatda qeyd edilir ki, "Krosvey" 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 12,614 milyon manat, qanuni təmsilçisi isə Cümşüd Nuru oğlu Bağırovdur. O, vaxtilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbərliyində təmsil olunub.

Azpolitika.info məlumat verir ki, "Krosvey" əslində 2019-cu ildə yaradılmayıb. Bu şirkət Azərbaycanda 2004-cü il martın 1-də  yaradılan “Bakı-XXI əsr” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) adının dəyişdirilməsi nəticəsində yenidən qeydiyyatdan keçib. Bu barədə həmin vaxt verilən məlumatda şirkətin yenidən təşkil olunaraq "Krosvey" MMC-yə çevrildiyi elan edilmişdi. 

Qeyd edək ki, təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD şirkəti göstərilən "Bakı XXI Əsr” MMC-nin qanuni təmsilçisi İsmayıl Əliyev olsa da, sahibi sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat, AMEA Rəyasət Heyəti aparatının işlər idarəsinin müdiri vəzifəsini tutan Elton Məmmədovdur.  Elton Məmmədovun özü də mətbuata müsahibələrində şirkətin təsisçisi olduğunu etiraf edib.

Şirkət 2005-2009-cu illərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasını həyata keçirib. Bəzi məlumatlara görə, qardaşı Ziya Məmmədovun tövsiyəsi ilə Elton Məmmədov “Bakı-XXI Əsr” MMC-ni məhz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasına ayrılan 10 milyonların "yadlara" qismət olmaması üçün yaradıb.

Mətbuatda yayılan məlumatlara görə, Bakı Avtovağzal Kompleksi 80-100 milyon dollara başa gətirilib. Bu vəsaitin nə qədərinin mənimsənildiyi haqda isə dəqiq məlumat yoxdur. 

Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” hoteli, 720 yerlik avto dayanacaq, “Bakı XXI Əsr” adlı yanacaqdoldurma, avtoyuma və təmir məntəqələri daxildir. Kompleksin idarə edilməsi də son illərə qədər Elton Məmmədova aid “Bakı-XXI Əsr” MMC tərəfindən həyata keçirilib. 

2017-ci ildə Kompleksin Elton Məmmədovdan alındığı xəbəri yayılsa da, sabiq deputat bunu təkzib etmişdi. 

“Mən də sizə sual verirəm, kimsə sizin özəl mülkiyyətinizi əlinizdən ala bilər? Deməli bu məsələni qaldırmağın özü yersizdir”- deyə, məlumatlara Məmmədov qəzəbli reaksiya vermişdi.

Ancaq Məmmədov təkzib etsə də, məlumatlı mənbələr həmin vaxt лompleksin böyük hissəsinin onun nəzarətindən çıxarıldığını bildirirdilər. 

Elə heç bir açıqlama verilmədən 2019-cu ildə “Bakı XXI Əsr” MMC-nin adında dəyişiklik edilərək, yeni “Krosvey” MMC yaradılması da (şirkətin istifadəsində avtovağzal ərazisində eyni adlı mehmanxana var) bununla əlaqələndirilirdi. “Krosvey” MMC-nin direktoru vəzifəsinə isə Cümşüd Bağırov təyin olundu. O, həmçinin avtobus sərnişin daşınması ilə məşğul olan “Azerbaijan Ground Services” şirkətinə rəhbərlik edib. 

Ötən ilin fevralında isə "Bakı XXI Əsr” MMC-nin qanuni təmsilçisinin də dəyişdiyi, İsmayıl Əliyevin yerinə Səidə Əflatun qızı Baxşıyevanın təyin edildiyi haqda məlumat yayıldı. Bunu isə məlumatlı mənbələr Beynəlxalq Avtovağzal Kompleksinin Elton Məmmədovun nəzarətindən tam olaraq çıxarılmasına başlanılması ilə izah edirdilər.  

Bu gün "Krosvey" MMC-nin ləğv olunduğunun elan edilməsi prosesin başa çatdırıldığını göstərir. Maraqlıdır ki, "Krosvey" MMC-nin ləğv olunması qərarı Ziya Məmmədovun istintaqa çağırılmasına dair məlumatlar yayıldıqdan sonra verildi. Təsadüfdürmü?

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR