Azərbaycanlı nazir müavininin Çexiyada şirkəti tapıldı - FOTOLAR

12 fevral, 2021 12:58

Rabitə və Yüksək texnologiyalar nazirinin birinci müavini Abdullayev Əli İzzət oğlu Çexiya paytaxtında, Ruzova 947/8 ünvanında hüquqi qeydiyyatda olan AIM BOHEMİA S.R.O şirkətinin həmtəsisçisidir. 

Azsiyasət.com xəbə verir ki, bu barədə jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, şirkət 2008-ci ilin iyun ayında Praqa Bələdiyyə Məhkəməsində qeydiyyatdan keçib, fəaliyyət sahəsinə mülk və digər daşınmaz əmlak növlərinin kirayəsi daxildir. 
Əli Abdullayev şirkəti təsis etdiyi illərdə Dövlət Əmlak Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifəsində işləyib. Əvvəllər İqtisadi İnkişaf Nazirliyinin tabeçiliyində Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentində (sonradan Dövlət Əmlak Komitəsi) hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb, sonradan Auksion Mərkəzinə rəhbər təyin olunub. 
Əli Abdullayevin şəriki Cəfərova Həcər Vaqif qızı da 2001-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyində ümumi işlər və kadr məsələləri üzrə şöbənin rəisi olub. Çexiyadakı şirkətdə ortaqların hər biri 50 faiz paya malikdir. 
Hazırda Medilayn Estetik Mərkəzinə rəhbərlik edən Həcər Cəfərova 2006-cı ildə təsis edilmiş “MEDEKSPRESS”, 2007-ci ildə qeydiyyatdan keçmiş “MEDİLAYN”, eləcə də ötən il qeydiyyata alınmış “BEAUTYLAB” və “BİOSCİENCE MEDİCİNE” məhdud məsuliyyətli cəmiyyətlərinin də təsisçisidir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR