Xanlar Vəliyev Qarabağı azad etmiş hərbçilərə qan uddurur - Həbsdəki mayorun xanımından Prezident və Birinci Xanıma MÜRACİƏT

12 fevral, 2021 13:43

Hal-hazırda həbsdə olan Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlunun həyat yoldaşı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət müraciət ünvanlayıb.

Hərbçinin həyat yoldaşı müraciətində bildirib ki, Ziya Kazımov 19 il müddətində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xüsusi təyinatlı, snayper və kəşfiyyatçı komandir kimi qüsurduz xidmət edib, Ali Baş Komandan və Müdafiə Nazirliyinin yüksək zabit heyətinin əmrlərini layiqincə yerinə yetirib və bu xidmətinə görə təltif olunub.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan hərbçi xanımı Hərbi Prokurorluqda həyat yoldaşının işi ilə bağlı təhqiqatın obyektiv aparıldığına inamsızlığını bildirib. O, Prezidentə müraciətində Ziya Kazımovun böhtan atılaraq günahsız həbs edildiyini bildirib və zabitin bəraət alması üçün bu işi şəxsi nəzarətinə götürməyini rica edib.

Müraciətdə qeyd edilib ki, Şuşa ətrafındakı yüksəkliklərin alınması zamanı mərmi partlayışı nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və xırda yanıqlar (sol ayaq, sağ və sol əl barmaqlarında) alaraq şəxsi heyəti tərəfindən döyüş sahəsindən çıxarılıb hospitala təxliyə edilən mayor 09 noyabr 2020-ci il tarixində hospitala qəbul olunduğu gün travmalı döyüşçünüz Bakı şəhər Prokurorluğunun əməkdaşı tərəfindən aldadılaraq hospitaldan Hərbi Prokurorluğa aparılıb:

“Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalov və onun himayədarları həyat yoldaşımın xəstəliyindən istifadə edərək, 2017-ci ildə baş verən hansısa cinayət işini onun qarşısına qoyaraq imzalatmaq istəyiblər. Polkovnik-leytenant Ağakişi Acalov onun qol çəkmədiyini gördükdə, ona “Sən yaralısan və müalicəyə ehtiyacın var”, – deyib. Sonra isə “Amma psixoloji vəziyyətin hospitalda səni saxlamağımıza imkan vermir. Kiməsə ziyan verə bilərsən. Gəl, sən bunu imzala ki, biz səni polis nəzarətində hospitalda müalicə edək. Yoxsa sənə kömək edə bilməyəcəyik”, – deyə aldatmağa çalışıb.

Həyat yoldaşımın qol çəkmədiyini gördükdə, onu general-mayor Şəfahət İmanovun yanına aparıblar. Onların nə istədiyini anlamayan həyat yoldaşım heç nəyə qol çəkməyəcəyini deyərək, hospitala göndərilməsini istəyib. Edilən təzyiqlərə baxmayaraq, həyat yoldaşımın imza atmadığını görən adıçəkilən şəxslər ona döyüşdən yayındığını deyiblər. Onun qarşısına “Biz sənə yaxşılıq edirik. Gəl ağıllı ol, ya səni vətən xaini kimi verəcəyik, ya da 2017-ci ildəki cinayət işinə imza at” şərti qoyulub.

Yoldaşım elə həmin gün, yəni 09 noyabr 2020-ci il tarixində general-mayor Şəfahət İmanovun göstərişi ilə tələm-tələsik məhkəməyə aparılıb. Bakı hərbi Məhkəməsinin hakimi Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi ilə məhkəmə keçirilib. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Telman Əliyev həyat yoldaşıma guya dövlət tərəfindən təyin olunmuş vəkil kimi çıxış edib.

Belə ki, Hərbi Prokurorluğun təsiri ilə hakim Rafiq Abbasov tərəfindən Şuşada döyüşlərin getdiyi gün – 09 noyabr 2020-ci il tarixində 2017-ci ilin cinayət işinə görə 3 (üç) il, bundan öncəki işə görə isə hospitala yenicə qəbul edilmiş döyüşçü barəsində ağır və xüsusilə ağır cinayət törədənlərə münasibətdə olduğu kimi 4 (dörd) aylıq həbs qətimkan tədbiri seçilib. Həyat yoldaşım həbsetmənin müddəti 09 noyabr 2020-ci il tarixindən hesablanmaqla, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında yerləşdirilib. Hərbi Prokurorluq tərəfindən xüsusi nəzarətə alınması istənilib, ailəsi ilə görüş və telefon danışıq hüququndan məhrum edilib. Həyat yoldaşımın barəsində həbs qətimkan tədbiri haqqında qərara baxdıqda, hakim Rafiq Abbasovun məhkəmə protokollarında saxtalaşdırma edərək həyat yoldaşımın özünü təqsirkar bildiyini yazdırdığı üzə çıxır”.

Müraciətdə həyat yoldaşının günahsız olduğunu vurğulayan hərbçi xanımı buna əmin olduğunu, iki övladı ilə həyat yoldaşının yolunu gözlədiyini bildirərək, Prezidentdən zabitin azad olunması üçün işin nəzarətə götürülməsini xahiş edib.

Qeyd edək ki, mayor Kazımov Ziya Məhəddin oğlunun hərbi hissəsinin “Lələ-illah” dağının qarşısındakı düşmən qüvvələrini məhv edərək həmin yüksəkliyi və düşmən mövqelərini almaqla başlayan döyüş yolu Cəbrayıl, Hadrut, Fizuli və Şuşayadək uzanıb. Xanımı həyat yoldaşının döyüş yolunu belə təsvir edib:

“60-a yaxın şəhid və 120-dən çox qazisi olan hərbi hissəsi ilə birlikdə “lələ-illah” dağının qarşısındakı yüksəklik və mövqeləri, Cəbrayıla gedən yolun üzərində yerləşən və ermənilər üçün xüsusi əhəmiyyətə malik “qırmızı manqa” adlandırılan düşmən mövqeyini, düşmənin Araz çayı boyunca möhkəmləndirdiyi mövqelərini, həmçinin 2-ci Ordu Korpusu komandirinin əmri ilə Milli qəhrəman, polkovnik Şükür Həmidovun sərəncamı altında digər hərbi hissələrimizin köməyinə gedərək, kənd Horadiz və Nüzgar kəndləri istiqamətində Ordumuzun hərəkətini 6 gün ərzində məhdudlaşdıran düşmənin iki mövqeyini bir günə darmadağın edərək hücumun davam etdirilməsinə şərait yaradıb.

Daha sonra 2-ci Ordu Korpusu komandirinin sərəncamında düşmənin arxasına keçərək Qarakollu, Qarazıllı, Yuxarı Rafadanlı, Aşağı Rafadanlı, Yuxarı Güzlək, Xatınbulaq, Mollavəlili, Qarğabazar və digər kəndləri, Şabandağ və başqa yüksəklikləri şəxsən öz hərbi hissəsi ilə birgə düşməndən azad edib. Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən Müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub.

10-dan çox özüyeriyən top, 10-dan çox zirehli texnika, 20-dən çox avtomobil texnikası, çoxlu silah-sursat, əşya və əmlak, sənəd və sübut, xəritə və 2 erməni əsgəri komandirlik etdiyi hərbi hissə tərəfindən Azərbaycan ordusuna təhvil verilib.

Əgər mənim həyat yoldaşım 2017-ci ildə baş vermiş cinayət işində (4 il bundan öncəki) təqsirli bilinirsə, nə üçün bu müddət ərzində rütbə və vəzifələri artırılıb? Nə üçün hərbi hissə komandiri kimi müqəddəs döyüş tapşırığını yerinə yetirib?”

Zabitin xanımı müraciətinin sonunda prezident İlham Əliyevdən həyat yoldaşının işini şəxsi nəzarətə götürməyini xahiş edir.

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi