"Gloria Palace" MTK "ŞƏMS" körpələr evini belə uçurtdu - FOTOLAR

13 fevral, 2021 16:36

Cənab Prezident, məni və ailəmi xilas edin!

15 il əvvəl tikilmiş təzə  bina necə QƏZALI OLA BİLƏR ?

Bir neçə ildir  “Pilot Layihə”  adı altında tikinti şirkətləri vətəndaşların şəxsi mülkiyyətində olan obyektlərini, əmlakını heç bir icazə, məhkəmə qərarı olmadan uçurdur. Mülk sahiblərinə hədə-qorxu gəlir, “get, hara əlin çatır şikayət elə”  deyərək, heç bir qanuna, əndazəyə sığmayan hərərkətlər edirlər.

Cənab Prezidentimiz!

Bütün ölkə mediası  bu barədə dəfələrlə yazıb. Siz  bir çıxışınızda demişdiniz ki, bəzi məmurlar doğru-dürüst  infornasiyanın mənə çatmasına imkan vermirlər.

Bəli, Cənab Prezident!

Bu MTK-ların arxasında duranlar Sizin harınlamış dediyiniz məmurlardır. Belə məmurlardan biri də Nəsimi RİH-nin başçısı Asif Əsgərovdur. 

Cənab Prezident!

Hər gün redaksiyamıza əmlakı uçurdulan, qoçu dəstəsinin təzyiqlərinə məruz qalan  vətəndaşlar müraciət edir. Şikayətin sayı bir deyil iki deyil. Vətəndaşların hamısı da son ümid yeri kimi Sizi görür.

Həmin müraciətlərdən birini Sizə və cəmiyyətə təqdim edirik.

Nəsimi rayonu, Mərdanov Q küçəsi, ev 129 ünvanda olan təqaüdçü Qasımzadə Şahin Məhərrəm oğlu yazır: “Mən Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, ev 74(54) ünvanda yerləşən “ŞƏMS”  körpələr evi və uşaq bağçasının təsisçisiyəm.

Bağça AR İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş Lisenziya əsasında Məktəbəqədər tədris müəssisəsi kimi fəaliyyət göstərir.

Cənab Prezident!

Bu ərazinin torpağı özümə məxsusdur və özəlləşdirilib. Və bağçanın yerləşdiyi bina cəmi 15 il əvvəl Bakı ŞİH-nin sərəncamı ilə tikilib və özəlləşdirilib, yəni şəxsi mülkiyyətimdir. Bağçanın yaxınlığında hündür binalar inşa edən Gloria Palace  MTK bizə məktub göndərib: “ Sizin bina qəzalı vəziyyətdədir, ofisimizə gəlin”.

Cənab Prezident!

Cəmi 5 il əvvəl inşa edilmiş, fundamenti bir neçə metr olan uşaq bağçasının binası NECƏ QƏZALI  OLA BİLƏR ?

Bu bina ötən əsrin 30-cu, 40-cı, hətta 70-ci illərində inşa olmayıb e, cəmi 5 ildir inşa olunub. Baxın, cənab Prezident, bu MTK sahibləri insanların başına bu oyunları açırlar.

Bütün bunlar azmış kimi gecə bizim xəbərimiz olmadan MTK buldozerlə bağçanın divarını uçurdub, kameraları oğurlayıblar.

Mən bu barədə 102-yə, FHN-ə, Şəhər Arxitektura İdarəsinə, Nəsimi rayon İcra Hakimiyyətinə və digər dövlət qurumlarına müraciət etsəm də, şikayətimə baxan olmayıb. Təkcə Nəsimi rayon prokurorluğundan  gəliblər.

Mən tikinti aparan şəxslərə deyəndə ki, belə olmaz, şəxsi mülkiyyət toxunulmazdır. Mənə deyirlər ki, get hara istəyirsən şikayət elə.

Cənab Prezident!

Haqqı və hüququ tapdanan vətəndaşların  son ümid yeri Sizsiniz. Xahiş edirəm məni və ailəmi bu harınlamış, hətta quduzlaşmış, qanun saymayan cinayətkarlardan xilas edəsiniz.

Hörmətlə, təqaüdçü Qasımzadə Şahin Məhərrəm oğlu

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"