İcra başçısının "sağ əli" pulu götürüb, aradan çıxıb - Tərtərdə ilginc hadisə

13 fevral, 2021 17:29

Azərbaycanda icra hakimiyyəti strukturlarının korrupsiyalaşması yeni xəbər deyil. Lakin hərdən ayrı-ayrı rayonların icra hakimiyyətlərində baş verən hadisələrlə bağlı elə məlumatlar daxil olur ki, sanki söhbətin hansısa dövlət qurumundan deyil, kriminal təşkilatdan getdiyinə dair təsəvvür yaranır...

Məsələn, redaksiyamıza Tərtər rayonundan daxil olan bir məlumatda iddia olunur ki, rayonun icra başçısı Müstəqim Məmmədov öz tələbə yoldaşı və “sağ əli” sayılan Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin böyük məsləhətçisi Şahin Fətəliyev tərəfindən iri məbləğdə ziyana salınıb.

Bildirilir ki, bir sahibkara satılan torpağın 250.000 (iki yüz əlli min) manat ödənişini təhvil alması üçün Tərtər rayon Xoruzlu kəndinə göndərilən Şahin Fətəliyev bu vəsaiti təhvil aldıqdan dərhal sonra rayonu tərk edib və Rusiyaya qaçıb. Məlumatda qeyd olunur ki, bu hadisədən Tərtərdə az qala hamının xəbəri var.

Mənbə həmçinin iddia edir ki, rayonun müharibə zamanı zərər görən ticarət obyektlərinə ayrılan vəsaitlərin də bir qismi sözügedən şəxs tərəfindən mənimsənilib: “Həmin obyektlər arasında başçının şəxsi obyektləri də var. Bu obyektlərdən Şahin Fətəliyevin və başçının qeyri-rəsmi köməkçisi Tünarə Məmmədzadənin ailə üzvlərinin adına olanlar da olduğu üçün, təqdim edilən ödəniş kartlarının Şahin Fətəliyev tərəfindən nağdlaşdırılaraq, pulun başçıya təhvil verilməsi tapşırılıb. Lakin bu vəsaitlər də onun tərəfindən mənimsənilib.”

Məlumatda qeyd olunur ki, bu hadisələrdən “şoka düşən” başçı günlərdir özünə gələ bilmir.

azpolitika.info

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR