İqtisadçıdan bədbin proqnoz: Qiymət artımının olması realdır

14 fevral, 2021 11:21

Dövlətin əlindəki istehsal sahələrini birdən-birə özəlləşdirməsi mümkün deyil. Ancaq idarəedilməyə verilməsi mümkündür. Adı çəkilən dörd şirkətin İnvestisiya Holdinqinə verilməsi həm də ondan xəbər verir ki, həmin şirkətlərin özündə də ciddi problemlər var.

Azsiyasət.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli Prezident İlham Əliyev AZAL, Azərbaycan Dəmir Yolları, Bakı Metropoliteni və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “Bakı Bus” MMC-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında imzaladığı sərəncamı şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan İnvestisiya Holdinqininyaradılmasının əsas məqsədi dövlət şirkətlərinin rentaberli çalışmasını təmin etmək, izafi xərcləri azaltmaq, büdcədən maliyyələşməni kəsmək, yəni dotasiya alışını dayandırmaq, normal qazanc əldə etməni təmin etməkdir:

“Bundan əlavə, dövlət əmlakının özəlləşdirilməsi də İnvestisiya Holdinqinin tərkibində həyata keçiriləcək. İnvestisiya Holdinqi ilk növbədə dövlətdən dotasiya alan şirkətlərin izafi xərclərinin harada olduğu ilə bağlı ciddi bir audit yoxlaması aparmalıdır. Holdinq yeni yaradıldığından hələ ki, biz bunun şahidi ola bilmirik. Ümid edirəm ki, bundan sonra məsələyə diqqət olacaq. Bunun üçün də ilk növbədə xərclərin azaldılması yolları axtarılmalı, idarəetmənin sağlamlığı təmin edilməlidir. Bu iki problem həllini tapdıqdan sonra yerdə qalan problemlər həll edilə bilər”.

N.Cəfərlinin sözlərinə görə, bu 4 qurumun nə üçün ziyanla işlədiyi sualına cavab tapılmalıdır:

“Əgər səbəb izafi xərclər, tenderlərin və dövlət satınalınmalarının qeyri-şəffaf keçirilməsidirsə, şəffaf olmayan idarəetmədirsə, ilk olaraq bunlara qarşı mübarizə aparılmalıdır. Bundan sonra həmin şirkətlər qazancla işləyəcəksə, dövlətin nəzarətində qala bilər. Əgər ölkədə yerli investorlar varsa və ya xarici investorları ölkəyə cəlb ediləcəksə, deyə bilərəm ki, dövlətin əlindəki bu şirkətlərin özəlləşdirilməsi mümkündür. Təəssüf ki, qiymət artımının olması realdır. Onu da deyim ki, bir çox sahədə qiymət artımı özəlləşmədən öncə baş verəcək”. Axar.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR