Jurnalistlərin binasında mənzillər nə vaxt veriləcək? - AÇIQLAMA
16 fevral, 2021 10:27

“Jurnalistlər üçün inşa olunan üçüncü bina ilə bağlı hər hansı bir yekun qərar və ya kriteriyalar yoxdur”.
Azsiyasət.com xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “QəbuldASAN” verilişində “Jurnalistlərin binasında mənzillər nə vaxt veriləcək?” sualını cavablandırarkən belə deyib:
“Bununla bağlı yeni məlumat olduğu təqdirdə cəmiyyətə və jurnalistlərə məlumat verəcəyik”.