Əli Kərimlinin mühafizəçisinin cinayət işi məhkəməyə göndərildi

16 fevral, 2021 21:13

AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun qanunsuz əməllərinə dair daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Azsiyasət.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, istintaqla törətmiş olduğu cinayətə görə məsuliyyətdən boyun qaçırmaq məqsədilə Niyaməddin Əhmədovun 22.05.2017-ci il tarixdə Azərbaycanı tərk edib Almaniyada istintaqdan gizlənən tanışı Qabil Məmmədovla birlikdə “YouTube” videopaylaşma sistemində qeyri-məhdud sayda şəxslər dairəsinə yönəlməklə ölkəmizdə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə eyni məqsədlə hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlar törədilməsi ilə bağlı açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaqla, həmçinin, Niyaməddin Əhmədovun qeyd olunan materialları internet resursları vasitəsilə təkrarən yayılması üçün mobil tətbiq vasitəsilə qabaqcadan əlbir olduğu şəxslərlə törədiləcək cinayətlərin detalları ilə bağlı razılığa gəlmələrinə, ümumi cinayətkar niyyətə və sövdələşməyə uyğun olaraq Almaniya Federativ Respublikasında toplanmış xeyli miqdarda pulu açıq çağırışlar edəcək və materialları yayacaq şəxslərə tamamilə paylamaqla terrorçuluğu maliyyələşdirməsinə, lakin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunduğundan cinayətkar əməlini başa çatdıra bilməməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla Niyaməddin Əhmədovun ölkə ərazisində öz şəxsi maraqları naminə icra etmək istədikləri hərəkətləri gizli olaraq qeydə almaq məqsədilə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək qanunla mülki dövriyyədə olmasına yol verilməyən xüsusi ləvazimat olan eynək üzərinə uyğunlaşdırılaraq komfulyaj olunmuş gizli vizual müşahidə vasitəsini qanunsuz olaraq əldə edib özündə saxlamasına şübhələr üçün əsaslar müəyyən edilib.

Niyaməddin Əhmədova Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28,281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlara etməyə hazırlıq) və 233-1.2.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) maddələri ilə ittiham elan olunmaqla, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR