Metro işləmir, avtobuslar dolub-daşır, təhlükə böyüyür - Hansı addımlar atılmalıdır?

17 fevral, 2021 00:13

Ötən ilin axırında Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının təkrar artması ilə bağlı sərtləşdirilmiş karantin rejimi yanvarın 18-dən mərhələli şəkildə yumşaldılmağa başlanıb. Yanvarın axırından qeyri-ərzaq mağazaları və restoranlar, fevralın əvvəlində isə məktəblər qismən fəaliyyətlərini bərpa etdi. 

Fevralın 15-dən isə uşaq bağçaları açıldı, orta məktəblərdə 5-9-cu sinif şagirdlərinin ənənəvi tədris prosesi bərpa edildi. Bütün bunlar nəqliyyatda sıxlığın artmasına səbəb olub. Dayanacaqlarda, avtobuslarda hər gün insan sıxlığını müşahidə etmək mümkündür.

Bakı sakini Gülzar Əliyeva "Azadlıq" radiosuna bildirib ki, metronun açılmaması həyat rejimini iflic edib: "Uşağımı məktəbə metro ilə aparırdım. İndi metro işləmir və metro ilə 15 dəqiqəlik yol indi ən yaxşı halda 50 dəqiqə çəkir. Hərdən avtobus o qədər dolu olur ki, minmək olmur. Məcbur olub növbəti avtobusu gözləyirik. Nəticədə camaat məktəbə, işə gecikir".

G.Əliyevanın sözlərinə görə, özünün və uşağının koronavirusa yoluxma ehtimalını nəzərə alaraq alternativ nəqliyyatdan istifadə edəsi olur: "Təkcə koronavirus deyil ki... Bu sıxlıqda adam başqa xəstəlik da tuta bilər. Ona görə məcbur olub uşağımı məktəbə taksi ilə aparıram. O da ailəmizin büdcəsinə ziyandır. Ölkədə cəmi iki növ ictimai nəqliyyat var. Başqa ölkələrdə metrobuslar, tramvaylar işləyir. Bizdə niyə yoxdur?".

"Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə "Turan" agentliyinə bildirib ki, metronun açılması ilə bağlı hələ ki, heç bir məlumat yoxdur: "Bu məsələ Operativ Qərargahın səlahiyyətindədir. Bizə hələ ki, hansısa bir qərar daxil olmayıb".

Metropolitenin fəaliyyətinin bərpa edilməməsinin səbəblərinə gəlincə, qurumdan bildirilib ki, səbəb koronavirusdur: "Bu qərarı həmin sahədə peşəkar ixtisaslaşmış şəxslər verib. Yəni, burada sanitar-gigiyenik, epidemioloji, tibbi qiymətləndirmələrdən söhbət gedir. Qiymətləndirməni yalnız Operativ Qərargah aparır. Metronun bağlanmasının səbəbi məhz epidemioloji vəziyyətdir".

Məsələyə, hələlik, Nazirlər Kabineti yanında Operativ Qərargahdan münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı da "Turan"a bildirib ki, dayanacaqlarda insan sıxlığını özü də müşahidə edir: "Avtobusların özündə də dəhşətli sıxlıq müşahidə olunur. Metro bağlanıb, səbəb kimi də insan sıxlığı göstərilib. İndi isə dayanacaqlarda həmin basabasdır. Bu da yoluxmaların sayının artmasına gətirib çıxara bilər".

Deputat qeyd edib ki, məsul şəxslər xəttə əlavə avtobuslar çıxarmalıdır: "Metro açılmırsa və onu koronavirusun yayılmaması səbəbindən bağlayıblarsa, avtobusların sayı az olduğuna görə elə həmin sıxlıq avtobuslarda müşahidə olunur. Çünki metronun bütün yükü düşüb avtobusların üstünə. Hamı taksi tuta bilmir, hamının şəxsi maşını yoxdur. Ona görə bu işlə məşğul olan TƏBİB, Operativ Qərargahın ekspertləri bu işə ciddi nəzarət etməlidir və problemin qarşısı alınmalıdır. Aidiyyəti qurumlar nəticə ilə mübarizə aparmamalıdır, onlar əsas səbəblə mübarizə aparmalıdır".

M.İbrahimqızı əlavə edib ki, restoranlar açılıb, amma orada maska taxan yoxdur: "İnsanlar küçədə daha çox maskadadır, nəinki restoranlarda. Amma maskaları daha çox qapalı yerlərdə taxmaq lazımdır ki, virus yayılmasın".

Tibbi elmləri doktoru Adil Qeybulla isə bildirib ki, metro koronavirusun yayılması ilə bağlı ən şübhəli nəqliyyatdır: "Yəni, burada birdən-birə yüzlərlə insan təmasda ola bilir. Bu baxımından, metronun açılması bir az sonraya qalıb. Əslində, yəqin ki, metroların açılması növbəti mərhələdə olacaq, amma epidemioloji vəziyyətin nisbətən görünən tərəfi, yəni statistikanın aşağı düşməsi hələ heç nə demək deyil".

Onun sözlərinə görə, yaranmış vəziyyətin necə olacağını hələ ki proqnozlaşdırmaq mümkün deyil: "Bu baxımdan, çox ehtiyatlı olmalıyıq. Yumşaltmalar mərhələli olmalıdır".

A.Qeybulla vurğulayıb ki, avtobuslarda sıxlıq Bakı Nəqliyyat Agentliyinin işinin düzgün qura bilməməsinin nəticəsidir: "Belə görünür ki, Bakı Nəqliyyat Agentliyinin işi yalnız küçədə dayanan maşınların şəklini çəkməkdir. Əslində isə bunların işi pandemiya dövründə bütün imkanları səfərbər edib ictimai nəqliyyatda qayda-qanun yaratmaq olmalıdır..."

Bakı Nəqliyyat Agentliyindən isə "Turan"a bildirilib ki, gündəlik xəttə çıxan avtobus sayının sərnişin tələbatında ehtimal olunan artıma uyğun tənzimlənməsi, pik saatlarında ehtiyat avtobusların cəlb olunması üçün müvafiq tədbirlər görülür. Qurumun məlumatına görə, avtobusların gecikməsinin səbəbi əksər küçə və prospektlərdə onlar üçün ayrılmış zolaqların olmamasıdır: "Hazırda bütün qarajlarda saz vəziyyətdə olan avtobuslar daşınmalara cəlb olunur. Amma avtobus sayının artımı sıxlığın azaldılması üçün yetərli deyil. Əgər belə olsaydı, biz bu gün xəttə çıxarılan 20 faizdən çox əlavə avtobusla buna nail olardıq. Əgər avtobuslar üçün ayrıca zolaq olarsa, o zaman gecikmə və sıxlıq müşahidə olunmayacaq. Zolaqlar olan küçələrdə isə bəzən avtomobil sürücüləri qaydalara əməl etmir".

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı ötən il martın 24-dən Azərbaycanda karantindir. Bu müddət ərzində rejim bəzən yumşaldılıb və bəzən də yenidən sərtləşdirilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR