İcra başçısının sərvəti və satdığı mülklər - SİYAHI: - FOTOLAR

18 fevral, 2021 00:40

Son vaxtlar ölkədə aparılan islahatlar çərçivəsində bir sıra məmurların sərvəti gündəmə gəlir. Hazırda sosial şəbəkələrdə müzakirə edilənlərdən biri də 10 ildir ki, Şəkidə icra başçısı vəzifəsini yerinə yetirən Elxan Usubovdur.

Azsiyasət.com bakupost.az-a istinadən xəbər verir ki, Elxan Usubovun Bakıda T.Şıxəliyev-6, Şəkidə L.Abdullayev-36, M.Ə.Rəsulzadə-293 ünvanlarında xidməti mənzilləri ilə yanaşı Ağstafada 1, Şəkidə 5 dəbdəbəli malikanəsi olduğu bildirilir.

Bununla yanaşı, icra başçısının Şəkidə süd zavodunun, “Sünbül” çörəkbişirmə sexinin və “Şəki”, “Narınqala”, “Şam bağı”, “Cənnət bağı” kimi otellərinin də olduğu iddia edilir. E.Usubova məxsus daha bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələri var.

“Dağüstü park” deyilən ərazidə “Panaroma” otelinin, Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzlərinin, Gürcüstanda böyük fındıq zavodunun, KEMİKO CO LTD MMC və A.Q.T.İ.M. MMC şirkətinin də Elxan Usubova aid olduğu haqda məlumatlar yayılıb.

İcra başçısı biznesini xaricə qədər uzadan vəzifəli şəxslərdəndir. Belə ki, onun Belarusda da biznes obyektlərinin olduğu iddia edilir.

İddia edilir ki, Elxan Usubov son vaxtlar mülklərini satışa çıxarıb. Satılan mülklər arasında Şəkidə, M.Ə.Rəsulzadə küçəsində yerləşən və Peterburqdakı “Qış Sarayı”nın oxşarı olan 5 milyon manatlıq villasının da olduğu vurğulanır.

Bundan başqa, icra başçısının Şəkinin Vərəzət kəndi yaxınlığında salınmış 76 ha sahəsi olan və müasir avadanlıqlarla təchiz olunmuş şaftalı bağını dəyərindən ucuz qiymətə, 8.5 milyona satmaq istədiyi bildirilir.

Qeyd edək ki, Elxan Usubov 2007-ci ilin dekabrından 2011-ci ilin mayın 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı, 2011-ci il may ayının 23-dən isə Şəkinin icra başçısı vəzifəsini icra edir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR