Gənclərlə iş şöbəsinin 62 yaşlı müdiri - Gənclər və İdman Nazirliyi niyə gəncləşmir?

18 fevral, 2021 13:14

Azərbaycanda elə bir sahə yoxdur ki, orada ciddi və gələcək perspektivə hesablanmış islahatlara ehtiyac olmasın. Ölkədə aparılan islahatlar bütün sahələri əhatə etməli, müxəlif dövlət qurumlarındakı reanimasyon durum aradan qaldırılmalıdır. Bu istiqamətdə atılan addımlar fonunda kadr məsələlərin xüsusi əhəmiyyət kəsb etməli və gənclərlə iş ön plana çəkilməlidir. Artıq Azərbaycanda da reallıqlar dəyişib, gənclərlə iş sahəsində də ciddi məzmun və forma dəyişiklikləri aparılmalıdır.

Ölkədə xeyli sayda gənclər təşkilatları var və onlara rəhbərlik edən şəxslər də gənclərdir. Bəs sual olunur: hər hansı gənclər təşkilatına 60 yaşlı bir adamın rəhbərlik etməsi kənardan necə görünərdi? Əcaib və eybəcər! Eləcə də Ağsaqallar Şurasına 30 yaşlı bir gənc sədr seçilsə, bu gülüş doğuran hala heç kəs haqq qazandıra bilməzdi.

Bəs dövlət qurumunda 62 yaşlı bir şəxs “gənclərlə iş şöbəsi”nə rəhbərlik edirsə, necə!? Söhbət Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyevadan gedir.

Məsələ bundadır ki, ölkənin gənclə sahəsində məsul olan müvafiq dövlət qurumu - Gənclər və İdman Nazirliyində də vacib islahatların aparılmasının zamanı çoxdan çatıb. Oturuşmuş bəlli oliqarxiya, “hind monopoliyası”, “kadr məzmunsuzluğu” son illlər bu qurumun mahiyyətini xarakterizə edən əsas amillər kimi göz önünə gəlir. Öncə kadr məsələləri ilə bağlı bəzi nüanslara nəzər yetirək:

İ.Hacıyeva 2012-ci ildən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinə rəhbərlik edir. İndira xanım gənc yaşlarında - 1982-ci ildən etibarən Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB, Yer ehtiyatları kosmik tədqiqatlar institutunda mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 40 yaşından sonra isə gənclər sahəsində işləməyə başlayıb. Demirəm ki, İ.Hacıyeva gənclərlə işləyə bilməz, bəlkə də özünün haqlı hesab elədiyi xeyli sayda işlər görüb. Amma məsələ bundan deyil. Məzmun dəyişməlidir. Bu o deməkdir ki, gənclərlə iş sahəsinə rəhbərlik edən 62 yaşlı İ.Hacıyevanın yaşını önə çəkməklə, təkcə formanın dəyişməsinin vacibliyindən danışmıram. Hər kəs yaşlanacaq və yaşlı insanların vəzifə daşımasının pis hal olduğunu da qətiyyən demirəm. Amma... Gənclər sahəsi "JEK", statistika idarəsi, tibb sahəsi deyil... 

Bir neçə amilə diqqət etmək gərəkdir:

- Ölkədə müasir və yüksək texnoloji biliklərə sahiblənmiş böyük bir gənc nəsil yetişib, bu gənclərin problemlərinin araşdırılması, bilim və bacarıqlarının qiymətləndirilməsi, onların önə çəkilməsi üçün təkliflərin hazırlanması, gənclərlə birbaşa iş 62 yaşlı insanın bacaracağı vəzifə deyil. Ona görə də nazirliyin bu istiqamətdəki addımlarında xeyli axsamalar var. Gənclər iş sahəsi funksionalllıq, hərəkətlilik və çeviklik tələb edir. Məmurlaşma amili gənclərlə iş sahəsindən yan keçməlidir.

- Azərbaycanda gənc kadrlar önə çəkilir, əksər sahələr cavanlaşdırılır, dövlət başçısının şəxsən özü gənclərin önə çəkilməsinin və onların potensialından istifadənin vacibliyi haqqında dəfələrlə danışıb. Sual olunur, bu illər ərzində Gənclər və İdman Nazirliyində 62 yaşlı qadını əvəz edə biləcək bir kadr yetişməyib? Sabah bu məsələ ortaya tələb kimi qoyulsa, necə olacaq? Hansısa gənc idmançının qulağından tutub bu vəzifədə oturdacaqlar? Axı biz daha çox gənclərlə işin ideoloji, səmərəli tərəflərindən danışırıq. Kadrdan, cənablar, kadrdan! Əgər Nazirlik 62 yaşlı bir qadını bu vəzifədən ala bilmirsə, deməli, İ.Hacıyevanı orada saxlayan bir siyasi iradə var. Amma və lakin bu siyasi iradənin fərdi maraqları heç bir halda ümumi dövlətçilik maraqlarından üstün ola bilməz.

- Dünyanın heç bir ölkəsində bu sahəyə məsul dövlət qurumunda gənclərə iş sahəsinə rəhbərlik edən 62 yaşlı məmur tapa bilməzsiniz.

- Əgər ölkənin ən ağır və bufer sahələri - iqtisadi və texnoloji sahələri tamamilə gənc kadrlara həvalə olunubsa və ortadan müsbət nəticələr də varsa, o zaman Gənclər və İdman Nazirliyində gəncləşmə prosesi niyə aparılmalıdır? Axı məntiqlə yanaşanda ilk olaraq, gəncləşmə prosesinə bu nazirlikdən start verilməli idi.

Qısası, ölkə gəncləşir, gənclər nazirliyini ahıllaşdırmayın! Ahılların da başına heç bir milli xüsusiyyəti olamayan, bacarıqsız gəncləri müdir dikməyin!

Samir Feyruzov, Azsiyaset.com

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR