Hulusi Akar şəhidin ailəsinə məktub göndərdi, onları Türkiyəyə dəvət etdi

18 fevral, 2021 14:52

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar torpaqlarını xilas edəcəyinə söz verən azərbaycanlı şəhid baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib.

Azsiyasət.com xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbani Akarın məktubunu Məmiyevin Yardımlı rayonunun Kürəkçi kəndində yaşayan ailəsinə çatdırıb.

“Ermənistanın işğalı altında olan ərazilərini azad edən şanlı Azərbaycan ordusunun 44 günlük qəhrəmanlıq mübarizəsində ağır yaralanan baş leytenant Valeh Memiyevin şəhid olması bizi çox kədərləndirdi. Baş leytenant Valeh vətən torpağını işğaldan qurtaracağı barədə verdiyi sözü tutub, Qubadlının yaşayış yerlərinin azad edilməsindən sonra şəhidlik zirvəsinə ucalıb. Şəhidlərimizin və qazilərimizin cəsarəti, qəhrəmanlığı və fədakarlığı heç vaxt unudulmayacaq”, - deyə məktubda qeyd edilir.

Dövlətinin bütün imkanları ilə sona qədər Azərbaycanın yanında olacağını vurğulayan Akar Məmiyevin ailəsini Türkiyəyə dəvət edib.

Baş leytenant Valeh Məmiyev 13 avqust 2020-ci il tarixində Azərbaycanda təşkil edilmiş Türkiyə-Azərbaycan Ortaq Təlimində fərqlənən əsgərlərdən biri olub.

Təlimdən sonra Akar Məmiyevə mükafat təqdim edib, xatirə şəkli çəkdirib və bir müddət onunla söhbətləşib.

Akar Məmiyevə “Təlimdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox xoşdur. Ancaq əsas vəzifəniz 30 ildir işğal altında olan torpaqlarınızı xilas etmək olmalıdır. Buradakı müvəffəqiyyətinizi döyüş meydanında da təkrarlamalısınız” deyib.

Məmiyev isə bildirib ki, “Biz Ali Baş Komandandan əmr gözləyirik. Əmr gəldiyi an torpaqlarımızı qurtaracağıq və sizin istəyiniz yerinə yetiriləcək”.

Baş leytenant Məmiyev 27 sentyabr-10 noyabrda davam edən 44 günlük müharibə zamanı Qubadlı rayonunda bir çox yaşayış məntəqəsinin Ermənistanın işğalından azad edilməsində iştirak etdikdən sonra yaralanıb.

O, müalicə edildikdə “İndi məqsədimə çatdım. Qardaş Türkiyənin Müdafiə Naziri Akara verdiyim sözə əməl etdim. Vətən sağ olsun!” deyib və bir müddət sonra şəhidlik zirvəsinə ucalıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR