Azad Rəhimov yüz milyonları hara xərcləyib? - Gənclər və İdman Nazirliyində korrupsiya həbsləri ola bilər

19 fevral, 2021 10:55

Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicəsini davam etdirir. Xəstəxanada olduğu müddət ərzində Azad Rəhimovu 1-ci müavini İsmayıl İsmayılov əvəz edirdi. Amma iki gün əvvəl həm də Ağır Atletika Federasiyasının I vitse-prezidenti İsmayıl İsmayılovun səhhətində də problem yaranıb. Belə xəbərlər var ki, İsmayıl İsmayılov yıxılaraq xəsarət alıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ABŞ-da müalicə alan nazir Azad Rəhimovun səhhəti ilə bağlı danışarkən onun Bakıya dönməsi ilə bağlı suala “Azad müəllimin nə vaxt vətənə qayıdacağı dəqiq bilinmir. Müalicəsi bitəndə Bakıya qayıdacaq” cavabını verib.

Yada salaq ki, Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin edilib. Həmin dövrdə ölkədə idman-konsert komplekslərinin tikintisi aparılırdı və bir çox obyektlər Azad Rəhimovla əlaqəli şirkətlər tərəfindən tikilir, təmir olunurdu. 

Ölkədə dövlət sifarişli təmir-tikinti işlərinin böyük korrupsiya əməlləri ilə gerçəkləşməsi kimsəyə sirr deyil. Azad Rəhimovun adına bağlı şirkətlərin də adı korrupsiyada hallanırdı. Məlumatlara görə, nazirlikdə xeyli pozuntular, maliyyə maxinasiyaları var. Azad Rəhimovun nazirliyə biznesdən gəldiyi sirr deyil. Onun və oğlunun həm ölkə daxilində, həm xaricdə müxtəlif profilli şirkətləri olduğu da məlumdur. Mədəniyyət Nazirliyindən sonra burada da həbslər olacağı haqda mediada iddialar vardı, amma müharibə başladı və bəzi məsələlər ikinci plana keçdi. İddialar var ki, nazirin müalicəsini başa vurub qayıtmasını gözləyirlər. Onun uzun müddətdir xəstə olmasına baxmayaraq, istefa barədə ərizə verməməsinin səbəbi də budur.

Vətən müharibəsindən əvvəl üzə çıxan məlumatlardan belə aydın olurdu ki, Azad Rəhimov və ailəsinə yaxın şirkətlərə dövlət büdcəsindən üst-üstə 100 milyon manatdan artıq vəsait köçürülüb. Həmin vəsaitlərin təyinatı üzrə xərclənməməsi, mütəxəssis adı ilə ölkəyə dəvət edilən əcnəbilərin qul kimi işlədilməsi və s. hallar Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın Araşdırılması üzrə Beynəlxalq Jurnalist Layihəsinin (OCCRP) araşdırmalarında da yer alıb. Yayılan məlumatlar Rəhimova yaxın firmaların 10 ildən çox müddət ərzində fəaliyyətinə aid idi.

Bir neçə hissədən ibarət araşdırma müasir Avropada əmək istismarı haqqında ən böyük qalmaqalın mərkəzində qalan ofşor “SerbAz” şirkətinin fəaliyyətindən bəhs olunur.

2006-2009-cu illərdə şirkət Bakıda bir sıra binaların, xüsusən mühüm dövlət tədbirlərinin keçirildiyi “Buta Palace” sarayının və “Baku-Expo” sərgi mərkəzinin tikintisi və təmiri işləri üçün Balkanlardan 700-dən çox işçi cəlb edib. Bu layihələrin həyata keçirilməsi Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilib. “Əcnəbi işçilərlə müasir qul kimi davranırdılar. Onlar darısqal şəraitdə saxlanılır, az yeməklə təmin edilirdilər. Bu zaman onlar gündə 12 saat işləyirdilər. Pasportları müsadirə edilmişdi, əmək haqları isə kəsilirdi, bəziləri döyülüb, iki nəfər isə vəfat edib”, deyə araşdırmada qeyd edilir. Əcnəbilərin müqavilə üzrə vəd edilən ödənişin edilməməsi ilə bağlı şikayətlərinə məhəl qoyulmayıb. Araşdırma göstərib ki, “SerbAz”ın güclü hamisi ölkənin gənclər və idman naziri Azad Rəhimov olub.

“SerbAz”ın bir neçə il ərzində çoxmilyonluq dövlət sifarişləri aldığı və Rəhimovun həyat yoldaşının adına olan şirkətlə - ziynət əşyalarının idxalçısı olan “İtalDizain”lə müqavilələr bağlayıb. 2006-cı ildə nazir olana qədər Rəhimov özü “İtalDizain”in direktoru olub.

2006-cı ilin sonlarında Azərbaycanda növbəti ilin yayında bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcəyi elan edilib. Bunun üçün böyük idman kompleksi təmir edilməli idi və Gənclər və İdman Nazirliyi bu işlər üçün “SerbAz”la 5,3 mln. dollar dəyərində müqavilə bağlayıb. Azad Rəhimovdan niyə bu şirkəti seçdiyi soruşulduqda o, bunu obyektin “mürəkkəb konfiqurasiyaya və memarlığa” malik olması və onun yenidənqurması üçün xaricdə istehsal olunmuş “müasir materiallar” lazım olması, buna görə “bu sahədə böyük təcrübəsi olan” operator lazım olması ilə izah edib. 

Maraqlıdır ki, müqavilə bağlanmazdan əvvəl “SerbAz” mövcud olmayıb və Azərbaycanda bir həftə sonra qeydiyyatdan keçib. Bundan başqa, yerli KİV-lər şirkətin bu işlər üçün rəsmi olaraq seçilməzdən bir il əvvəl işlərə başladığı barədə məlumat yayıblar. İlk yenidənqurmadan sonra “SerbAz” Rəhimovdan əlavə işlər üçün 700 min dollarlıq daha bir müqavilə alıb. Bu məlumatlar Rəhimovun prokurorluğa göndərdiyi rəsmi məktubdan götürülüb.

O, bu məktubda rəhbərlik etdiyi nazirliyin “SerbAz”la əməkdaşlığının səbəblərini izah edir. 2007-ci ildən 2009-cu ilə qədər əcnəbi işçilər – bərpasına 20,9 milyon dollar ayrılan “Səadət Sarayı”nın, tikintisinə 38,8 milyon dollar ayrılan Mingəçevir şəhərindəki Avarlı Olimpiya Mərkəzinin, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən daha 6 layihəyə cəlb olunublar. SerbAz-ın digər layihələri arasında “Buta Palace”, “Baku Expo” sərgi mərkəzi və “28 Mall” olub. Azad Rəhimovun “SerbAz”la əlaqəsini gizlədən yurisdiksiya sistemini ifşa etmək üçün illər tələb olunub. Bu şirkət müxtəlif yurisdiksiyalı iki ayrı şirkət kimi qeydiyyatdan keçib. 

Azərbaycanda o, “SerbAz Design and Construction” adı altında işləyir və Antil adaları ofşor zonasında qeydiyyatdan keçdiyi üçün əsl sahibləri məlum olmayan “Acora Business” firmasına məxsusdur. Digər “SerbAz” Niderlandda “SerbAz Property” kimi qeydiyyatdan keçib, amma onun sənədləri mütləq anonimliyi təmin edir.

OCCRP araşdırmaçıları əcnəbilər vətənlərinə qaytarıldıqdan sonra Azərbaycanın “Creacon Constructioan” şirkətinin “SerbAz”dan tikinti işlərini aldığını müəyyən ediblər. 2012-ci ildə Azərbaycan korporativ informasiyaya çıxışı məhdudlaşdıraraq, şirkətin mülkiyyət strukturunu məxfiləşdirib. Amma buna qədər Azərbaycanlı jurnalistlər məlumatlar bazasının bir hissəsini əldə etməyə müvəffəq olub, bu məlumatlara əsasən “Creacon”un iki səhmdarından biri “İtalDizain Group”dur. “İtalDizain” bu gün böyük holdinqə çevrilib, buraya onlarla firma, o cümlədən telekommunikasiya, rieltor (alqı-satqı) firmaları, habelə “Cartier”dən “Baccarat”a qədər premium sinfi butiklər daxildir. Milyonlarla veb-saytdan ibarət olan İnternet-arxiv “İtalDizain” saytının erkən versiyalarını saxlayıb. 

Burada 2009-cu ilin yanvarında şirkətin “SerbAz”ın törəmə şirkəti olaraq göstərildiyi korporativ strukturu əksini tapıb. Məhz həmin il “SerbAz” işçilərinə qarşı amansız rəftardan bəhs edilib. Jurnalistlər korporativ hesabatlar vasitəsilə “İtalDizain”ın Lüksemburqun “Argulux” şirkətinə məxsus olduğunu müəyyən ediblər. O, öz növbəsində gənclər və idman naziri Azad Rəhimovun həyat yoldaşı Zülfiyyə Rəhimovaya məxsusdur. “SerbAz”ın işçilərə qarşı amansız davranışı haqqında qalmaqalın araşdırılması Bosniyada davam etdirilib və yerli prokurorluq “SerbAz”ın yerli nümayəndəliyinin 13 əməkdaşı barəsində insan alverinə görə 4 ittiham hökmü çıxarıb. 2019-cu ilin sonlarında dörd təqsirləndirilən şəxs təqsirini etiraf edib və mühakimə olunub. Amma Azərbaycanda heç bir araşdırma aparılmayıb.

Anonimlik şərti ilə jurnalistlərlə söhbət edən “SerbAz”ın menecerlərindən birinin verdiyi məlumata görə, layihə pulları şirkətin baş ofisinə çamadanlarla nağd vəsait şəklində daxil olub. Sement və digər materialların tədarükçüləri bu vəsaitdən lazımi uçot prosedurları olmadan ödəniş alıb. Eyni zamanda, ofşor hesablara elektron pul köçürmələri həyata keçirilib. Pulun bir hissəsi 2009-cu ilin payızında, işçilərin pulları yoxa çıxdığı vaxt mənimsənilib. 

Gənclər və İdman Nazirliyi işçilərə qarşı amansız davranış faktları elan edildikdən sonra da “SerbAz”a ödəniş etməyə davam edib, 2009-cu ilin noyabrında şirkətə 4,4 milyon dollar göndərib. Növbəti il nazirlik şirkətə əlavə olaraq 10 milyon dollar ödəyib. OCCRP-nin sərəncamında Gənclər və İdman Nazirliyinin “SerbAz”a bütün ödənişləri əks etdirən rəsmi hesabatları var. Şirkət fəaliyyətini dayandırdıqdan sonra belə köçürmələrin böyük hissəsi davam edib. Göründüyü kimi Azad Rəhimov rəhbərlik etdiyi nazirlikdə də bu günə qədər istintaqçıların baş çəkdiyi nazirliklərdə olduğu kimi böyük korrupsiya var. Gələn məlumatlar onu deməyə əsas verir ki, araşdırmalarla ortalığa çıxarılan korrupsiya əməlləri tezliklə ittiham aktlarında yer ala bilər.

Musavat.com

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"