Metro nə vaxt açılacaq? - Səhər 07:00-dan 10:00-dək və axşam...

20 fevral, 2021 04:26

"Əgər ictimai nəqliyyatda avtobusların sayını artırmaq mümkün olmursa, onda metronun işlək vəziyyətə gətirilməsi vacibdir. Bu iki yoldan biri çox vacib məqamdır. Belə olan təqdirdə insanlar istədikləri ünvana daha rahat çata biləcəklər".

Azsiyasət.com azerforum.com-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Cavid Osmanov bildirib.

Deputat əlavə edib ki, insanları narahat edən ciddi bir məsələ var:

"Son günlər koronavirusa yoluxma sayında müsbət dinamika müşahidə olunsa da, bu, o demək deyil ki, virus tamamilə yoxa çıxıb. Digər tərəfdən Azərbaycan o ölkələrdəndir ki, vaksinasiya prosesinə başlayıb. Bunun fonunda insanları narahat edən ciddi bir məsələ var. Bu da ictimai nəqliyyat vasitələrində sıxlığın yaranmasıdır.

Nəzərə almaq lazımdır ki, Bakı, Abşeron və Sumqayıtdakı təhsil müəssilərində əyani tədris müəyyən qrafiklərlə bərpa olunub. Bunun fonunda belə bir sual meydana gəlir ki, metronun fəaliyyəti nə vaxt bərpa olunacaq?

Məlum məsələdir ki, koronavirusun yayılma halları daha çox qapalı yerlərdə olur. Buna görə Operativ Qərargah hələlik metro stansiyaların açılmasına qərar verməyib. Digər tərəfdən ictimai nəqliyyatda - əsasən də avtobuslarda böyük sıxlıq müşahidə olunur. Bu prosesin özü də virusun daha sürətlə yenidən yayılmasına səbəb ola bilər. Çox vacibdir ki, ilk növbədə avtobusların sayında artım olmalıdır ki, oturacaq tutumu qədər insanlar ictimai nəqliyyatdan istifadə edə bilsin. Digər tərəfdən ictimai nəqliyyatda çatışmazlıq varsa, biz insanların iradlarını anlamalıyıq. Çünki işə, məktəbə və digər yerlərə gedən vətəndaşlar problemlərlə üzləşirlər".

Cavid Osmanov əlavə edib ki, ictimai nəqliyyatda olduğu kimi metroda da oturcaqların sayı qədər vətəndaşların qatarda getməsi məqsədəuyğun olardı: "Bununla əladar müəyyən tədbirlər görülməlidir. Bu prosesi metrodakı nəzarətçilər tənzimləyə bilər. Girişdə, çıxışda və qatardakı nəzarətçilərin iştirakı ilə bu, mümkün ola bilər. Biz bu yolla virusa qarşı mübarizə tədbirlərini daha effektiv edə və insanların rahatlığını təmin edə bilərik.

Metroların açılması ilə bağlı daha bir təklif bundan ibarət ola bilər ki, metro stansiyaları günün müəyyən saatlarında işləyə bilər. Səhər 07:00-dan 10:00-a, axşam isə 17:00-dan 20:00-a qədər işləyə bilər ki, işə gedib və qayıdan vətəndaşlar rahat şəkildə öz ünvanlarına çatsınlar. İlkin mərhələdə bu, müvafiq variant ola bilər. Sonrakı mərhələdə isə metronun fəaliyyətinin tam bərpası mümkünləşəcək".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR