12 yaşlı Elmira şəhid qızı statusu ala bilmir

23 fevral, 2021 16:14

Lənkəran rayonunun Biləsər kəndindən olan şəhid Emin Muradovun övladı 12 yaşlı Elmiranın sosial vəziyyətinin ağır olması ilə bağlı məlumatlar yayılıb. Bu barədə şəxsi feysbuk hesabında yazan bloqer Rizvan Şıxızadənin sözlərinə görə, hazırda 5-ci sinifdə oxuyan Elmira ailəsinə kömək etmək üçün hər gün iki dəfə meşəyə odun yığmağa gedir. İddiaya görə, uşaq 7 aylıq olanda ata və anası ondan imtina edib, azyaşlını ana nənəsi böyüdüb. Bu səbəbdən Elmira şəhid qızı statusu almaqda çətinlik çəkir. 

Məsələ ilə bağlı Lənkəran Rayon İcra Hakimiyyətinə müraciət etdik.

İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Emin Quliyev qafqazinfo.az-a bildirib ki, Elmira Mirzəyeva şəhid Emin Muradovun nikahdankənar övladıdır. Ona şəhid övladı statusunun verilməsi üçün əvvəlcə atalığı müəyyən olunmalıdır: “Atalıq müəyyən olunmadığına görə uşağa şəhid övladı statusu verilməyib. Bunun üçün uşağın anası və ya qəyyumu bizə müraciət etməlidir. Bu məsələni hazırda nəzarətə götürmüşük, qəyyum müəyyənləşəcək. Atalığın müəyyənləşməsi üçün məhkəməyə müraciət olunmalıdır. Biz bununla bağlı da ailəyə hüquqi yardım göstərəcəyik”.

Əvvəllər bələdiyyə sədri işləmiş, hazırda həmin kəndin axundu olan Malik Babayevin saytımıza bildirdiyinə görə, şəhid övladı olduğu üçün Elmiraya kənd camaatı tərəfindən də müəyyən köməklik göstərilib: “Elmiranı ana nənəsi saxlayıb, böyüdüb. Lakin çox kasıb, fağır ailədirlər, maddi imkanları çox aşağıdır. Kənd camaatı onlara müəyyən qədər dəstək olub. Qızın həm anası, həm də atası sonradan ailə qurublar. Şəhidin sonrakı ailəsindən iki övladı var”. 

Xatırladaq ki, Vətən müharibəsi şəhidi Muradov Emin İbrahimağa oğlu 1986-cı ildə Lənkəranın Biləsər kəndində anadan olub. Döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”,  “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR