Yardımlıda qazi intihar etdi
24 fevral, 2021 00:48
Yardımlıda Vətən müharibəsi qazisi intihar edib.
Məlumata görə, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev bağda özünü asıb. Fəridin hansı səbəbdən intihar etdiyi bəlli deyil. Deyilənə görə, o, gecə-gündüz müharibədəki dəhşətli döyüş səhnələrindən danışırmış.
Faktla bağlı araşdırma aparılır.