Britaniyalı səfirdən Bakıya yağan qarla bağlı zarafat - FOTO
25 fevral, 2021 00:01

Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp Bakıya yağan qarla bağlı zarafatyana paylaşım edib.
Azsiyasət.com xəbər verir ki, britaniyalı diplomat açıq havada qalmış və qarla örtülmüş kreslonun fotosunu tvitter hesabında paylaşaraq, Azərbaycan dilində “Əyləşin, cənab səfir” cümləsini yazıb. Bundan əvvvəl isə səfir “Nəhayət, qış gəlib” başlığı ilə foto paylaşmışdı.



