Azərbaycanda oğru mağazanı bu vəziyyətə saldı - FOTO
25 fevral, 2021 17:03
Sabirabadda mağazadan oğurluq edilib.
Azsiyasət.com xəbər verir ki, fevralın 23-də Qaragüney kəndi ərazisindəki mağazaların birindən dam örtüyünü söküb daxil olmaqla oradan 1735 manat pul, 506 manat dəyərində danışıq kartları və tütün məmulatları oğurlanıb.
Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən kənd sakini Y.Əsgərov saxlanılıb.