Xocalı faciəsinə həsr olunan “13” filmi təqdim edildi - VİDEO

26 fevral, 2021 12:18

Xocalı soyqırımına həsr olunan "13” adlı qısametrajlı filmi təqdim edilib. 

Film Xocalıda ailəsi öldürülən və özü isə təcavüzə məruz qalan qızın həyatından bəhs edir. Gənclər Fondunun dəstəyi, Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin və "Azxeber Media”nın birgə təşkilatçılığı ilə ərsəyə gətirilən film qadın zorakılığını və erməni vəhşiliyini bütün çılpaqlığı ilə ortaya qoyur.

Filmdə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli soyqırımlarından biri olan Xocalıda baş verənlər 13 yaşını qeyd edən Mənsumənin dilindən ifadə olunur. Ailəsi ermənilər tərəfində qətlə yetirilən qəhrəmanın 29 illik ağrıları və bu ağrılarından doğan, günümüzə qədər yaşadığı izdirablı həyatı filmdə canlandırılıb. Filmin sonunda isə Məsumənin müharibədə iştirak edən qardaşı ona qələbə xəbərini çatdırır. 

Filmin ideya müəllifləri tanınmış jurnalistlər - Hacıbəy Heydərli və Əfsələddin Ağalarovdur.

Yazıçı Türkan Turanın hekayəsi əsasında ssenariləşdirilən və gənc rejissor Rüfət Hüseynovun ekranlaşdırdığı "13” filmində aktrisa Şəhla Məmmədova, Yelena Sidrenko-Eyvazlı, aktyor İlqar Musayev və başqaları rol alıb. Filmdə "Sarı Gəlin” musiqisi fərqli aranjmanda müğənni Çinarə Məlikzadənin ifasında tamaşaçılara təqdim edilib.

Qeyd edək ki, "13” filminin  rus və İngilis dillərində olan tərcümələri yaxın günlərdə xarici auditoriya üçün təqdim ediləcək.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR