Hakimiyyət böyük əfvə hazırlaşır - GÖZLƏNTİ

27 fevral, 2021 09:13

Əliməmməd Nuriyev: “Novruz bayramınadək iclaslarımızı başa çatdıracağıq”

Uzun müddətdən sonra Əfv Komissiyasının iclaslarını bərpa etməsi və hər həftə iclaslarını onlayn qaydada keçirməsi bu istiqamətdəki müzakirələri daha da artırıb. Bu il əfv II Qarabağ savaşındakı qələbəmizdən sonraya təsadüf etdiyi üçün daha geniş olacağı və çoxlu sayda tanınmış məhbusun azad olunacağı deyilir.

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev də təsdiqlədi ki, artıq Komissiyanın iclaslarına start verilib: 

“Əfv institutu Azərbaycanda ən inanılmış institutlardan biridir. O yerdə ki, ölkə başçısının adı keçir, həmin institutlara inam və etibar daha yüksək olur. Bu baxımdan komissiyanın hər bir iclasına ictimai maraq həddindən artıq böyük olur. İndi bu daha çox onunla bağlıdır ki, II Qarabağ savaşında Azərbaycan böyük qalibiyyət əldə etdi. Erməni işğalçıları ərazimizdən qovuldu. Ölkə üzrə suverenlik təmin olundu. Bunlar Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz tərəfindən həyata keçirildi. Belə möhtəşəm qələbəmiz cəmiyyət daxilində əfvin daha geniş olacağı barədə müzakirələrə gətirib çıxarıb.

Əfv Komissiyasına xeyli müraciətlər var. Artıq komissiyanın üçüncü iclası olub. İclas çox işgüzar şəraitdə keçir. Komissiyanın sədri, Prezident Administrasiyanın rəhbəri, hörmətli Samir müəllim tərəfindən iclaslarda müzakirələr üçün hərtərəfli şərait yaradılıb. Eyni zamanda, qeyd etməliyəm ki, Əfv Komissiyası unikal bir dizayna malikdir. Dövlət orqanlarının rəhbərlərinin, parlament üzvlərinin, vətəndaş cəmiyyətinin nümayəndələrinin olması buna misaldır. Cənab prezident komissiya üzvlərini təyin edərkən onların çalışdığı sahələrə xüsusi önəm verir. Burda hüquqşünaslar, pedaqoqlar, həkimlər, psixoloqlar, siyasətçilər, politoloqlar var. Cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edəcək şəxslər burada təmsil olunur. İclaslar onlayn şəkildə keçirilir və ciddi tədbirlər görülüb ki, informasiyalar kənara sızmasın. Bu da çox vacib bir məsələdir. İclasın iştirakçıları ilə bağlı da məsələdə dəyişiklik olunub. Artıq iclaslarımızda Ombudsman da iştirak edir. Hesab edirəm ki, bu da çox mühüm yenilikdir. Onun iştirakı düşünülmüşdür".

Əliməmməd Nuriyev 

Komissiya üzvü indiyə qədər üç yüzdən çox müraciətə baxıldığını qeyd etdi: 

“Müraciətlərə xüsusi həssaslıqla baxılır. Hər bir müraciət çox diqqətlə araşdırılır. Hər kəsin öz fikrini ifadə etmək imkanı tanınır. Komissiyanın əsasnaməsinə uyğun olaraq müzakirələr aparılır və qiymətləndirmə həyata keçirilir. Əsasnaməyə görə müraciətə baxılarkən kriteriyalar nəzərə alınmalıdır. Edilən cinayətin təhlükəli və ağırlıq dərəcəsinə diqqət yetirilir. Digər tərəfdən cinayətə yol vermiş şəxsin şəxsiyyətinə də diqqət ayrılır. İlk növbədə səhhəti, sağlamlığı, ailə vəziyyəti, yaşı, öz əməlindən peşmançılıq çəkməsi, məhbus olduğu müddətdə özünü necə aparması, ziyan varsa, bu ziyanı nə dərəcədə ödəməsi, cəzanın nə qədər müddətinin qalması kimi hallar nəzərə alınır. Eyni zamanda, zərərçəkmişin mövqeyi də burada əsas götürülən amillərdən biridir. Dövlətin və cəmiyyətin maraqları, həmin şəxsin azad edilməsinin dövlət və cəmiyyətin maraqlarına nə dərəcədə təsiri filan da mühüm amillərdən sayılır. Yekunda bunlar nəzərə alınıb qərar qəbul olunur.

Əlbəttə, bunlar tövsiyə xarakterli qərarlardır. Son qərar ölkə prezidentinə məxsusdur. Yalnız cənab prezident kimi əfv etmək qərarını verə bilər. İclaslarımız bundan sonra da davam edəcək. Ümid edirəm ki, Novruz bayramına qədər iclaslarımızı başa çatdırmaq imkanlarına malik olacağıq. Hər halda çox intensiv, bəzən saatlarla müzakirələr gedir. Baxmayaraq ki, komissiyada çox mühüm dövlət vəzifələri tutan şəxslər təmsil olunur, amma bunlar çox məsuliyyətli məsələlər olduğu üçün burada vaxt amili mühüm rol oynamır. Müzakirələr nə qədər lazımdırsa, o qədər də gedəcək. Düşünürəm ki, cənab prezident hər il olduğu kimi, bu il də xeyli ailəyə sevinc bəxş edəcək. Bir qrup məhkuma yeni bir şans yaranacaq. Onlara imkan verilir ki, azad olsunlar, cəmiyyətdə yaxşılığa doğru özlərini təsdiq etsinlər, ailələrinə kömək edə bilsinlər, cəmiyyətə, dövlətə töhfə vermək imkanı qazansınlar. Cənab prezidentin dövründə 35 əfv sərəncamı imzalanıb və bu sərəncamlarla beş mindən artıq şəxs azad olunub. Bu böyük humanizmin nümunəsidir. Ölkə prezidentinin fəaliyyətində biz hər zaman bunu görürük. İnanıram ki, Novruza qədər Əfv Komissiyası işlərinin öhdəsindən uğurla gələcək".

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"