Ermənistan tikinti materialları adı altında Qarabağa əsgər daşıyır - VİDEO

28 fevral, 2021 01:14

Ermənistan tikinti materialları adı altında Qarabağa, hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan Azərbaycan ərazilərinə əsgər daşıyırmış.

Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, bu fakt amerikalı jurnalist-könüllü Patrik Lankasterin Yerevandan, Ermənistan Müdafiə Nazirliyinin qarşısından hazırladığı reportajdan üzə çıxıb.

Valideynlər övladlarının tikinti materialları daşıyan maşınlarda, gizli şəkildə Qarabağa gətiriləcəyindən xəbər tutaraq, nazirliyin qarşısına toplaşıblar və etiraz edirlər.

Tələb edirlər ki, onların övladları Qarabağa aparılmasın və ancaq Ermənistan ərazisində xidmətini davam etdirsin. Çünki Qarabağ Azərbaycanın ərazisidir və Prezident İlham Əliyev Ermənistan əsgərinin Qarabağdan çıxarılmalı olduğunu bildirib.

Patrik Lankaster

Patrik Lankasterin videoreportajı Ermənistan hakimiyyətinin ənənəvi olaraq yalan danışdığını və 10 noyabr üçtərəfli razılaşmasının şərtlərini pozduğunu sübut edir.

“Biz istəmirik ki, uşaqlarımızı tikinti materialları kimi Qarabağa aparsınlar. Əvvəl bizə demişdilər ki, onlar daha Qarabağa qayıtmayacaqlar, xidməti Ermənistanda davam etdirəcəklər.

İndi isə onları xəlvəti Qarabağa aparmaq istəyirlər. Bizim uşaqlar tikinti materialı deyil. Orada onları ya əsir götürəcəklər, ya öldürəcəklər. Əliyev deyib ki, Qarabağda Ermənistan əsgəri olmamalıdır, vəssalam”, - əsgərlərdən birinin yaxını deyib. Toplaşanlardan digər isə deyir ki, üçtərəfli razılaşmaya əsasən Ermənistan hərbçiləri Qarabağda xidmət etməli deyil, çünki ora Azərbaycan ərazisidir və Ermənistan Müdafiə Nazirliyinin belə hüququ yoxdur.

“Biz istəmirik ki, uşaqlarımızı Qarabağa göndərsinlər. Onlar orada olmalı deyillər, çünki bu haqda Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin imzaladığı bəyanatda göstərilib. Bizim erməni komandanlığı isə zorakılığa can atır”, - o deyir. Başqa bir yaşlı erməni isə deyir ki, onun nəvəsi il yarımdır hərbi xidmətdədir, müharibədə iştirak edib. Cəbrayılda, ön xətdə olub.

“Müharibə qurtarıb, o qəlpə yarası alıb və depressiyadadır. Qayıdıb evə. Lakin nazirlikdən adamlar gəlib dedilər ki, nəyə görə o evdədir, hərbi hissəyə qayıtmalıdır.

Dedilər, aparıb müalicə edəcəklər. İndi isə yenidən Qarabağa qaytarmaq istəyirlər. Lakin o bir daha Qarabağda xidmət etməyəcək! Ermənistan ərazisində xidmət etməlidir”, - amerikalı jurnalistə danışan yaşlı erməni bildirib. Toplaşanlar deyiblər ki, onların övladları gecə saat 3 radələrində evə zəng vurublar, “bizi mülki paltarda Qarabağa aparmaq istəyirlər” deyiblər. Valideyinlərdən birinin dediyinə görə, əsgərləri şüşələri qara plyonkalı maşınlarda aparmaq istəyiblər, lakin onların etirazından sonra əsgərlərin Qarabağa aparılması dayandırılıb.

Belə görünür ki, Ermənistan tərəfi əsgərləri mülki paltarda, inşaat materiallarının altında gizlədərək, Qarabağa daşımaqla həm də Rusiya sülhməramlılarını aldadır. Bu reportaj bir daha təsdiq edir ki, Azərbaycan Laçın dəhlizi üzərində gediş-gəlişə daha ciddi nəzarət edilməsi barədə Rusiya tərəfinin qarşısında məsələ qaldırmalıdır.

Qeyd edək ki, artıq Azərbaycan XİN Ermənistana hərbçilərini Qarabağda yerləşdirməsi ilə bağlı xəbərdarlıq edib. 

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR