"Bakı" kafesində silahlı "razborka" - VİDEO

28 fevral, 2021 11:18

Sankt-Peterburqun Şlisselburq rayonunda yerləşən “Bakı” kafesində fevralın 25-də axşam baş vermiş silahlı "razborka”ya görə 5 nəfər tutulub.

Rusiya KİV-ləri xəbər verir ki, polis azərbaycanlılar arasında baş vermiş həmin qanlı hesablaşmanın səbəblərini də açıqlayıb. Həmin insidentdə bir azərbaycanlı aldığı güllə yarasından ölüb. Rusiya DİN-in Leninqrad vilayəti üzrə daxili işlər idarəsindən verilən məlumata görə, həmin gün axşam bir-birinə düşmən olan iki azərbaycanlı qruplaşma arasında kafedə görüş olub. Görüşdə məqsəd bazarda nüfuz bölgüsünü və iqtisadi məsələləri müzakirə etmək idi. Lakin diskussiya heç də dinc keməyib, hesablaşma silahlı qarşıdurmaya çevrilib və iştirakçılardan biri aldığı güllə yarasından ölüb. Digəri ağır yaralanıb.

Öldürülən şəxs Lənkəranın Avrora kəndinin sakini olan 39 yaşlı Qabil Rəşidovdur. O, son vaxtlar Peterburqun Soldat Korzun küçəsində yaşayırmış. Yaralanan şəxsin isə 34 yaşı var, güllə onun qabırğasından dəyib. Həmyerliləri onu həmin vaxt təsadüfən yaxınlıqdakı mağazaya gələn kuryerin köməyi ilə xəstəxanaya çatdırıblar. Kuryer yaralını Canelidze adına xəstəxanaya çatdırdıqdan sonra hadisə haqda polisə məlumat verib.

Hesablaşmada cəmi 60-a yaxın adam iştirak edib. Polis bunu ötən əsrin 90-cı illərində Peteburqda kriminal qruplaşmalar arasında baş vermiş qanlı hesablaşmalarla müqayisə edir. Sonradan hesablaşmanın 20-yə yaxın iştirakçısı tutulub, onlardan 5-i barəsində həbs qərarı verilib. Həmin “beşliyə” qarşıdurmanın baş verdiyi “Bakı” kafesinin sahibi də daxildir.

“Onların hamısı Qafqaz əsillidirlər, 4-nün Rusiya vətəndaşlığı var. Saxlanılarkən onlardan bir neçə vahid odlu silah da götürülüb”,-polis bildirir.

Polis həbs olunanların evlərində axtarışlar aparıb və bütöv silah arsenalı aşkar edib. Qətl, qanunsuz odlu silah saxlama və gəzdirmə, silah tətbiqi ilə müşaiyət olunan xuliqanlıq maddələri ilə qaldırılmış cinayət işi çərçivəsində aparılan  axtarış zamanı şübhəlilərin evlərindən “Kalaşnikov” avtomatları, tapançalar və onlarla qutu patron, doldurulmuş güllə sandıqçaları tapılıb. Polis axtarışın görüntülərini yayıb. 

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR