Əfqan Nağıyevin qardaşına yenidən cinayət işi açıldı

02 mart, 2021 00:17

Dövlət Sərhəd Xidmətinin tabeliyində olan "Sərhədçi" İdman Kompleksinin keçmiş rəis müavini, polkovnik-leytenant Elxan Nağıyev haqqında yenidən cinayət işi başlanıb.

Dələduzluqda suçlanaraq 2020-ci ilin noyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən polkovnik haqqında bu ilin fevralında yenə eyni ittihamla cinayət işi başlanıb. Çünki birinci cinayət işinin istintaqı yekunlaşandan sonra yeni şikayətlər ortaya çıxıb.

Adıçəkilən polkovnik Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, ötən ilin mayında həbs olunub avqustda buraxılan, daha sonra müharibədə iştirakına görə "Qarabağ" ordeni ilə mükafatlandırılan general Əfqan Nağıyevin qardaşıdır.

Nağıyev 6 illik həbs hökmündən apellyasiya şikayəti versə də, təmin olunmayıb. Fevralın 11-də Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimov hökmü qüvvədə saxlayıb. Fevralın 12-də isə hərbi prokurorun müavini Fuad Məmmədovun qərarı ilə onun barəsində dələduzluq və rüşvət verməyə təhrik ittihamları ilə yenidən cinayət işi başlanıb.

İddia olunur ki, Nağıyev rəis müavini işlədiyi dövrdə - 2019-cu ilin iyulunda birgə biznes qurmaq adıyla "Sərhədçi"nin binasında Asif Qurbanovdan 100 min, DSX-da gizir kimi işə düzəltmək üçün Əlamət Bəşirovdan 6 min, tikinti ilə bağlı tenderdə qalib olmaqdan ötrü Ağayar Süleymanovdan 10 min manat pul alıb.

Ə.Nağıyev 2020-ci ilin mayında CM-nin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3 (külli miqdarda rüşvət alma) maddələri ilə suçlanaraq həbs edilib. O, avqustda həbsdən buraxılıb.

Prokurorluq onun cinayət məsuliyyətindən azad edilmədiyini, sadəcə, barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzləndiyini açıqladı. Oktyabrda AzadlıqRadiosu general Nağıyev haqqında cinayət işinə xitam verildiyi haqda məlumat əldə etsə də, Baş Prokurorluq bunu təkzib etdi. Bildirildi ki, Nağıyev haqqında cinayət işinin istintaqı davam edir. Dekabrda isə prezidentin sərəncamı ilə "Qarabağ" ordeni ilə mükafatlandırıldıqda məlum oldu ki, ev dustaqlığında olan Nağıyev müharibədə iştirak edibmiş. Daha sonra onun haqqında cinayət işinə xitam verildiyi və DSX-da işini davam etdirdiyi haqda məlumat yayıldı.

bakupost.az

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"