İcra başçısı Ziya Məmmədova vəzifə verdi
03 mart, 2021 12:47

Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.
Azsiyasət.com unikal.org-a istinadən bildirir ki, icra başçısı Seymur Orucovun əmri ilə, Məmmədov İsa Mahmud oğlu İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı təyin edilib.
İcra başçısının digər əmri ilə, Məmmədov Ziya Məmməd oğlu Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini, əvvəllər bu vəzifədə çalışan Tağıyev Vüqar Əziz oğlu isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin edilib.