"İnsanları məsuliyyətli olmağa çağırmaq asandır, amma..." - dinşünas deputat

10 avqust, 2020 19:32

Milli Məclisin bəzi təzə-tər deputatları bir-bir danışdıqca, hansı düşüncənin, mövqenin, dünyagörüşünün sahibi olduqlarını göstərdikcə, bəzi deputatlarla bağlı cəmiyyətdəki xəyal qırıqlığını daha da dərinləşir. Çünki ortadakı mənzərə müəyyən forma dəyişikliyinin baş verdiyi bu ali orqanda demək olar heç bir məzmun dəyişikliyinin olmaması təəssüratı bağışlayır...

Yeni deputatların bir çoxunun çıxışlarının, müsahibələrinin altına asanlıqla Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Xanhüseyn Kazımlı və s. imzalar qoymaq olar və oxucu qətiyyən hiss etməz ki, danışan əslində təzə deputatmış. Çünki oxşarlıq bəzən “Ya keçəl Həsən, ya Həsən keçəl” deyəcək qədər yaxındır. Sanki bu adamların hamısının ən birinci, ən ümdə, müqəddəs vəzifələri hökuməti, ölkə rəhbərliyini məddahlıq səviyyəsinə qədər tərifləmək və əvəzində az qala bütün problemlərdə xalqı günahkar çıxarmaq, bəzən hətta aşağılamaqdır. Xüsusilə də pandemiya dövründə bu yanaşma trend halı alıb. Yerindən duran, heç kimin tanımadığı, amma mandat sahibi olan, indiyədək xalqa bir qəpiklik xeyri dəyməyən, ancaq əvəzində ədası yerə-göyə sığmayanlar, eləcə də adını sənətkar qoyan mütrüflər camaatı gah məsuliyyətsizlikdə, gah intizamsızlıqda günahlandırır, gah da biraz da irəli gedərək, insanları “dilənçi” adlandırırlar.

“Burada vətəndaşlarımızın üzərinə çox ciddi məsuliyyət düşür. Hamı məlum qaydalara tam əməl etməlidir... Dövlət üzərinə düşəni etdi və edir...” Bunu Milli Məclisin yeni üzvlərinən biri, Cəbrayıldan deputat Ceyhun Məmmədov deyib. Təbii ki, insanları məsuliyyətli olmağa çağırmaqda qəbahətli bir şey yoxdur. Ancaq yaxşı olar ki, hörmətli deputat vətəndaşlardan əvvəl özünün üzərinə düşən məsuliyyətdən danışsın.

Birincisi, istənilən millət vəkili dövlətin yox, təmsil olunduğu dairənin əhalisinin adından danışmalıdır. Çünki rəsmən, daha doğrusu Məzahir Pənahovun MSK-sının nəticələrinə görə, onlara deputat mandatını dövlət, hökumət yox, seçicilər verib. O cümlədən də Ceyhun Məmmədova Milli Məclisdə oturmaq yetkisini Cəbrayıl camaatı verib. 

İkincisi, dövlətin nələri edib, nələri etmədiyi göz qabağındadır və bunu görmək üçün mədhiyyələr oxuyan bələdçilərin xidmətlərinə yəqin ki, ehtiyac yoxdur. Soruşan lazımdır ki, dövlətin nə etdiyini bildik, bəs Siz nə etmisiniz? Əhalinin pandemiya dövründə düşdüyü çətin sosial vəziyyət, 190 manatlıq birdəfəlik yardımın təyinatı ilə bağlı yaranan tragikomik durum, sahibkarlara dəstək, təhsil haqları, kommunal xidmətlər və s. məsələlərlə bağlı ağzını açıb bir kəlmə danışmayanlar, hökumət pis-yaxşı, hansısa dəstəklə bağlı qərar verən kimi, cəh-cəhlə ötən bülbülə dönürlər. Bu addımın vacibliyi, humanistliyi və s .barədə moizələr oxumağa, ardınca da millətin boynuna minnət qoymağa başlayırlar.

“Moizə” demişkən, həmin bu Ceyhun Məmmədov ixtisasca dinşünasdır. Yəni bir növ, necə deyərlər, Allaha yaxın adam sayılır. Namizədlik dissertasiyasının mövzusu isə "Şəmsəddin əs-Səxavi və onun "Richanul-kəffəti fi bəyəni nubzətin min əxbəri əhlis-suffə” əsərinin islamda yeri" olub. Bu mövzunun nə məna kəsb etdiyini bilməsək də, onu bilirik ki, xüsusilə də dindən, Kitabdan xəbərdar olan deputatın işi-gücü hökuməti tərifləyib, ölkə başçısının çıxışlarından sitat gətirmək olmalı deyil. Axı insaf da var, insaf! Yeri gələndə Prezident də hökumətin, ayrı-ayrı qurumların, məmurların işini tənqid edir, idarəçilikdəki boşluqlardan, qüsurlardan danışır. Ancaq bu adamlar xalqın problemlərini, dərd-sərini qaldırmaq, onların həllinə çalışmaq əvəzinə, sanki özlərini hamıdan öndə görür, hökumətin, onun gördüyü işlərin əsas təbliğatçıları hesab edirlər. Xalqı isə məsuliyyətsiz, az qala pinti və intizamsız toplum kimi təqdim etməyə çalışırlar.

Lakin bir deyən yoxdur ki, əslində məhz xalqın özü indiki çətin, ağır dövrdə öz dövlətinə sahib çıxdı. Bu ağır günlərdə şəhidlər verdi, savaşdı, işsiz, yarıac-yarıtox qaldı, amma dözdü. Bir çox ölkələrdə karantinlə, sosial vəziyyətin pisləşməsilə bağlı etirazlar keçirildi, iğtişaşlar oldu, amma bu xalq həmin deputatlardan və məmurlardan qat-qat daha böyük dövlətçilik mədəniyyəti göstərdi, bəzən təhqir səviyyəsinə enən sosial yardım sisteminə rəğmən bir dəfə də “çörək”, “iş” deyib küçələrə çıxmadı. Bəs niyə heç kim durub bunu demir, niyə camaata minnətdarlığını bildirmir?

Deputat maaşı alıb kef-damaq içində yaşamaq, gəzdirdiyi mandat hesabına karantin qadağaları, sms-icazə və s. məhdudiyyətlərdən kənarda qalıb, işsiz, pulsuz dolanışıqsız qalan, “adına torpaq var”, “vöen var” və s. gic-gic bəhanələrlə qəpik-quruş da verilməyən və bunun nə zaman bitəcəyini bilməyən camaata nizam-intizam dərsi keçmək, öyüd-nəsihət vermək asandır. Çətin olan hansı yolla əldə edilməsindən asılı olmayaraq, qazandığın millət vəkili adını, sənə mandat verənlərin etimadını doğrultmaq, millətin, “qara camaat”ın vəkili, adamı olmaqdır.

(azpolitika.info)

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI