Gömrükdə "ilişib" qalan bağlamalar: Komitə deyir "bizlik deyil…"

04 mart, 2021 14:39

Hazırda ölkədə fəaliyyət göstərən bir çox daşıma şirkətləri var. Amma kəmiyyətcə çox olsa da keyfiyyət məsələsində müştəriləri xidmət səviyyəsi ilə razı sala bilən çox az daşıma şirkəti var.

Uzun zamandır xaricdən poçt göndərişlərinin ölkəyə daxil olduqdan sonrakı gecikməsi ilə bağlı vəziyyət eyni olaraq qalır. Əvvəllər Türkiyədən sifarişlər zamanı ən geci 1 həftəyə Bakıya çatdırılan məhsullar indi az qala 1 ay həddində çatdırılır.

Daşıma şirkətləri yubanmaları gömrükdə olan sıxlıqla əlaqələndirir. Bəs vəziyyət reallıqda necədir?

Azsiyasət.com xəbər verir ki, bu barədə mətbuat.az-a açıqlama verən Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov  deyib ki, daşıyıcı şirkətlər tərəfindən ölkə ərazisinə gətirilən bağlamaların gömrük nəzarəti prosesi 2-3 saat, maksimum 1 gün ərzində başa çatdırılır. Yubanmalara səbəb isə daşıyıcı şirkətlərin praktiki iş prosesini düzgün qurmamasıdır.

“Belə ki, xüsusilə ilin son aylarında bayram və kütləvi endirimlər səbəbindən sifarişlərin sayı artır və nəticədə daşıyıcı şirkətlər bəzən bir neçə dəfə artan yük həcminin idarə edilməsi, yəni anbarlaşdırılması, çeşidlənməsi və bağlamalar barədə məlumatların sistemə daxil edilməsində çətinliklərlə qarşılaşır. Buna səbəb isə həmin şirkətlərin anbar ərazisini, işçi və rəflərin sayını artan yük həcminə mütənasib olaraq artırmamasıdır’’.

Natiq Axundov deyir ki, gecikmələrə digər bir səbəb isə gömrük nəzarəti başa çatan malların daşıyıcı şirkətlərin yerli anbarlarında yerləşdirməsi ilə bağlıdır. “Bu anbarlarda bağlamalar üzərlərindəki QR kodlarının anbarlardakı rəflərin barkodlarına oxutdurulması ilə sistemə daxil edilir.

Lakin rəflərində yer olmayan daşıyıcı şirkətlər bu prosesi həyata keçirə bilmədiyindən bağlamalar “Bakı ofisindədir” statusundan bir əvvəlki statusla, yəni “gömrük yoxlanışındadır” status ilə görünür. Halbuki gömrük nəzarəti başa çatdırılaraq bağlamalar daşıyıcı şirkətə təhvil verilib. Səbəblərdən biri də daşıyıcı şirkətlərin qanunvericilikdə müəyyən olunan dəyər həddini aşan bağlamaların, barəsində gömrük nəzarəti başa çatan mal partiyalarından ayırıb gömrüyə təqdim edilməsi prosesinə günlərlə vaxt sərf etməsidir. Nəticədə saxlanılamalı bağlamanın bütün yük partiyasından ayırılması əlavə vaxt sərfiyyatına səbəb olur və gecikmələr baş verir’’.

Gömrük rəsmisi onu da qeyd etdi ki, yeni “smart customs” layihəsi ödənişləri əvvəlcədən ödəməyə imkan verdiyi üçün sözügedən ayırma prosesinə bu qədər vaxt sərf olunması problem demək olar ki, aradan qalxır.

Digər iki səbəbdən qaynaqlanan gecikmələrlə bağlı isə daşıyıcı şirkətlər logistik problemlərini həll etməli, biznes prosesinə yenidən baxmalı həmçinin mövcud resurs və imkanlarını artırmalıdır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR