YAP-ın qurultayı başa çatdı - İdarə Heyətinə 40 nəfər seçildi, Siyasi Şura ləğv edildi
05 mart, 2021 13:04

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı başa çatıb.
Azsiyasət.com xəbər verir ki, qurultayda YAP-ın İdarə Heyəti formalaşıb. İdarə Heyətinin tərkibi 40 nəfərdən ibarətdir. Partiyanın Siyasi Şurası isə ləğv edilib.