Səfirlərin “qara siyahısı” - Kimlər geri çağrılacaq?

11 avqust, 2020 19:06

Bəlli olduğu kimi, Prezident İlham Əliyev bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyətini kəskin tənqid edərək, nazir Elmar Məmmədyarovu tutduğu vəzifədən azad etdi. Bundan bir qədər əvvəl isə Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində əməliyyat keçirərək, nazirliyin bir sıra yüksək vəzifəli şəxslərini həbs etmişdi.

Yeni təyin olunan Xarici işlər naziri Ceyhun Bayramovu videoformatda qəbul edən Prezident İlham Əliyev nazirliyin fəaliyyətindəki ciddi nöqsanlara diqqət çəkərək, mövcud problemlərin qısa zamanda həll olunması üçün göstəriş verdi. Prezidentin tapşırığına uyğun olaraq, artıq Xarici İşlər Nazirliyinin həm aparatının, eyni zamanda xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərimizin işi, fəaliyyəti ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə nazir Ceyhun Bayramov mətbuata açıqlamasında məlumat verib. Nazir qeyd edib ki, qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçiriləcək. Onun sözlərinə görə, XİN-in mərkəzi aparatı, onun struktur bölmələri və xarici diplomatik nümayəndəliklər arasında koordinasiya işi ciddi formada təhlil edilməlidir: “İşin həcmi və hədəflər düzgün müəyyən edilməlidir və cənab Prezidentin müəyyən etdiyi əsas prioritet istiqamətlərə yönəlməlidir”.

Nazir bildirib ki, əsl peşəkar və vətənpərvər kadrların şəffaf, ədalətli seçim əsasında önə çəkilməsi xüsusi prioritet olacaq. Nazirin məlum açıqlamasından sonra mövzu ilə bağlı Editor.az-ın redaksiyasına ciddi məlumatlar daxil olub. İnformasiya görə, artıq bir sıra ölkələrdəki səfirliklərimizin fəaliyyəti təhlil olunub. Keçmiş nazir Elmar Məmmədyarovun birbaşa himayəsi ilə səfir təyin olunan, fəaliyyəti müasir çağırışlara və ölkəmizin xarici siyasət prioritetlərinə adekvat olmayan bir sıra səfirlərlə bağlı müvafiq arayışlar hazırlanıb. Həmin arayışlar yaxın zamanlarda ölkə rəhbərliyinə təqdim olunacaq. Aparılan araşdırmalar zamanı məlum səfirliklərin fəaliyyətində bir sıra xidməti nöqsanlar və maliyyə pozuntuları qeydə alınıb. İddia olunur ki, məlum səfirlərlə bağlı XİN sistemində narazılıq son həddə olsa da, bundan əvvəl bu səfirliklərimizin fəaliyyətlərinin qənaətbəxş olmaması ilə bağlı digər dövlət strukturlarından məlumat və arayışlar təqdim olunmasına, mətbuatın dəfələrlə bunları işıqlandırmasına baxmayaraq, barələrində heç bir tədbir görülməyib. Buna səbəb isə bu diplomatların keçmiş nazir Elmar Məmmədyarovun kadrları olması və onun təqdimatı əsasında səfir təyin edilməsi ilə bağlıdır.

Fəaliyyətində ciddi nöqsanlar aşkarlanaraq, barələrində arayışlar hazırlanan səfirlərin bəzilərinin adları məlum olub. Ehtimallara görə, barələrində müvafiq arayışlar hazırlanan səfirlərin qısa zamanda geri çağrılacağı gözlənilir. Həmin diplomatları təqdim edirik:

Elxan Poluxov - Azərbaycanın Braziliya Federativ Respublikasındak səfiri

Elman Abdullayev - Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri

Dursun Həsənov - Azərbaycanın Gürcüstan Respublikasındakı səfiri

Qüdsi Osmanov - Azərbaycanın Moldova Respublikasındakı səfiri

Lətif Qəndilov - Azərbaycanın Belarus Respublikasındakı səfiri

Nərgiz Qurbanova - Azərbaycanın Bolqarıstan Respublikasındakı səfiri

Bünyad Hüseynov - Azərbaycanın İran İslam Respublikasındakı səfiri

Rəhman Mustafayev - Azərbaycanın Fransa Respublikasındakı səfiri

Hidayət Orucov - Azərbaycanın Qırğızıstan Respublikasındakı səfiri

Mahir Əliyev - Azərbaycanın BƏƏ-dəki səfiri

Murad Nəcəfbəyli - Azərbaycanın Estoniyadakı səfiri

Anar Məhərrəmov - Azərbaycanın İspaniya Krallığındakı səfiri


Azsiyasət.com saytı bakupost-a istinadən xəbər verir ki, əldə olunan məlumata əsasən, bu siyahıya Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova da daxildir.
 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR