Gömrük Komitəsinin qarşısında aksiya: Səfər Mehdiyevə qarşı etirazlar başladı - FOTOLAR
10 mart, 2021 12:53
Dövlət Gömrük Komitəsinin mərkəzi binasının qarşısında bir qrup sahibkar etiraz aksiyası keçirib.
Azsiyasət.com xəbər verir ki, sahibkarlar Gömrük Komitəsinin rəhbər şəxslərinin onların hüquqlarını pozduğunu iddia ediblər.
Onlar bildiriblər ki, xaricdən gətirdikləri mallara yüksək rüsum qoyulur və mallar aylarla gömrükdə saxlanılır. Bu barədə dəfələrlə Gömrük Komitəsinə müraciət edilsə də, komitə onları qəbul etmir, süründürməçiliyə salır.
Aksiyadan sonra Gömrük Komitəsinin nümayəndələri sahibkarlarla görüşüblər.