Səfər Əbiyevin gizlətdiyi milyonlar - Onlar niyə "hərbi sirr" kimi qorunur?

11 mart, 2021 12:21

Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi geniş və hərtərəfli təhlilə layiq olan nəticələr ortaya çıxardı. Burda söhbət iki ölkənin hərbi arsenalının müqayisəli təhlilindən getmir. Ermənistan ordusunun məşğubedilməzliyilə bağlı yaranmış qənaətin blef olduğu döyüşlərin ilk günlərində üzə çıxdı. Odur ki, bu dəfə müharibədən sonrakı dövrdə rəsmi dairələr tərəfindən təsdiqlənmiş faktların analizinə diqqət çəkmək istəyirik.

Azsiyasət.com yenisabah.az-a istinadən xatırladır ki, Vətən Müharibəsinin davam etdiyi 44 gün ərzində ən çox bu suallar səslənirdi: Azərbaycan Ordusunun Baş Qərargah rəisi Nəcməddin Sadıkov hərbi aktivliyin sürətlə artdığı bir dövrdə niyə gözə dəymir? General Sadıkovun ordu sıralarından uzaqlaşdırılmasıyla bağlı xəbərlər nə dərəcədə həqiqətə uyğundur?

Qeyd edək ki, bu suallara müharibədən sonrakı dövrdə cavab tapmaq mümkün oldu. Müdafiə Nazirliyi Azərbaycan Ordusunda Nəcməddin Sadıkov adlı zabitin xidmət etmədiyini diplomatiyaya xas üslubda bəyan etməklə nigarançılığa son qoydu. Nəcməddin Sadıkovun vəzifədən kənarlaşdırılmasıyla bağlı rəsmi açıqlama özlüyündə çoxsaylı suallar doğurdu. Amma sabiq Baş Qərargah rəisinin postunu hansı səbəbdən itirdiyi hələ də hərbi sirr olaraq qalır. Bu qərarın üzərindəki sirr pərdəsi qalxmadıqca ən müxtəlif versiyaların yaşamaq hüququ var.

Xatırladaq ki, ordu sıralarındakı xainlərlə bağlı məsələ hələ müharibədən əvvəlki dövrdə aktual idi. Hətta onlardan bəzilərinin istintaqa cəlb olunduğuna dair xəbərlər yayılmışdı. Bununla bağlı əlimizdə yetərli informasiya olmadığı üçün rəsmi məlumatları gözləməyi məqsədəuyğun sayırıq.

Son vaxtlar baş verən hadisələrin fonunda sabiq Müdafiə naziri Səfər Əbiyevin yerinə və mövqeyinə diqqət çəkmək istəyirik. Səfər Əbiyevin nazir postunu tutduğu illər yaxın keçmişimizə təsadüf etdiyi üçün o dövrü xatırlamaq heç də çətin deyil. Üstəlik, internet resurslarında “yatan” zəngin məlumat bazası general Əbiyevin nazir kürsüsündə keçirdiyi 18 ilə işıq tutmaqda köməyimizə çatır.

Tərəddüdsüz deyə bilərik ki, Səfər Əbiyev o dövrdə adı ən çox rüşvət və korrupsiyada hallanan hökumət üzvlərindən biridir. İnternet resurslarında Əbiyevin nazir olduğu dövrdə yazılmış minlərlə tənqidi məqalə, yetərli dəlillərlə təkzib olunmamış yüzlərlə ciddi ittiham var. Atəşkəs dövrü sayılan həmin illər həm də çoxlu sayda Azərbaycan hərbçsinin faciəli şəkildə həlak olması ilə yadda qalıb. Açılan cinayət işləri, çıxarılan məhkəmə hökmləri isə heç də cavabdeh şəxslərin hamısının cinayət məsuliyyətinə cəlb olunmasını təmin etməyib. Müəmmalı əsgər ölümləriylə bağlı yüzlərlə şikayət məktubu bu gün də Hərbi Prokurorluğun arxivində qalır.

Nazir işlədiyi 18 il ərzində rüşvət və korrupsiya ilə məşğul olması Səfər Əbiyevə topdağıtmaz mülklər, ucu-bucağı olmayan sərvət qazandırıb. Vaxtilə Azərbaycan Ordusunda xidmət etmiş bir qrup zabitin Səfər Əbiyevlə bağlı 19 avqust 2018-ci ildə mətbuata ünvanladığı məktubda deyilir: “Onun Moskva bazarlarında “Pakrovka" ticarət mərkəzləri, Moskva ətrafında bağ evləri, yəhudi əsilli iş adamları ilə şərikli biznesi, Almaniyada, Türkiyədə, BƏƏ-də, İtaliyanın Milan şəhərində böyük malikanələri, Macarıstan və Rusiyada bank hesabları var. Qardaşı Nazim Əbiyev Bakı qarnizonu və ətraf hərbi hissələrdə yerləşən kafe və dükanlara nəzarət edir. O, həmçinin MN-ə aid mənzil istismar sahələrinə kuratorluğu həyata keçirir. Bu yaxınlarda Nazim Əbiyev keçmiş hərbi ticarət idarəsinə məxsus binanı özəlləşdirərək orada supermarket açıb. Digər qardaşı Məhəmməd Əbiyev keçmiş sürücü, indi isə iri biznesmendir. Həzi Aslanov qəsəbəsində Müdafiə Nazirliyinə aid torpaqların qanunsuz satışına rəhbərlik edir. Səfər Əbiyevin digər qardaşı Rüstəm Əbiyev ordunun əşya təminatını təyin edən, tenderlərin 80 faizində qalib gələn, ordumuzu keyfiyyətsiz geyimlərlə təchiz edən tikiş fabrikinin direktorudur".

Məlumatlı şəxslər iddia edirlər ki, bu siyahı Səfər Əbiyevin və qardaşlarının sahib olduğu sərvətin kiçik bir hissəsini əhatə edir. Əbiyevlər bu qədər sərvətə necə nail olublar? Adı rüşvət və korrupsiyada ən çox hallanan sabiq məmurlardan biri kimi Səfər Əbiyevi istintaqa cəlb etməyin vaxtı çatmayıbmı?

Bəli, Səfər Əbiyev keçmiş hərbçidir. Amma onun külli miqdarda dövlət əmlakını mənimsəməsiylə bağlı faktlar hərbi sirr deyil, korrupsiya əməlidir. Hətta hərbi sirr olsa belə onun üstündəki pərdəni çəkməyin vaxtı çoxdan çatıb...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR