Deputatla Ramin Bayramlı arasında gərginlik

12 avqust, 2020 10:42

Milli Məclisin deputatı Rüfət Quliyevlə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı arasında gərginlik yaranıb.

R.Quliyev ad çəkməsə də, iddia edir ki, övladlarına ildə 300 min dollar xərcləməsi barədə xəbəri tənqid etdiyi məmurlar ötürüb.

Məlumdur ki, R.Quliyev Milli Məclisin avqustun 4-də keçirilən növbədənkənar plenar iclasında Ramin Bayramlını tənqid edib: “İyunun 12-də TƏBİB rəhbərliyinə məktub göndərmişəm. Ancaq üstündən 40 gündən də çox vaxt keçməsinə baxmayaraq mənim məktubuma cavab verilməyib. Hətta bu gün onlara mesaj da göndərdim ki, deputatdır sizi narahat edən. Ancaq onlardan səs-soraq çıxmadı. Ona görə də məcbur oldum ki, bu məsələni Milli Məclisdə qaldırım. Əgər hər hansı bir qurum deputatın məktubuna cavab vermirsə, onun fəaliyyəti şübhə altındadır”.

Milli Məclisin deputatı Rüfət Quliyev övladlarının təhsilinə ildə 300 min dollar xərcləməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib: "Bunlar fikirləşirlər ki, xaricdə məskunlaşan müəyyən qüvvələrdən istifadə edərək məni susduracaqlar. Əksinə anlamaq istəmirlər ki, millət vəkiliyəm və xalqa xidmət etməli olan məmurları tənqid edirəmsə, bu birbaşa dövlətçilik maraqlarından irəli gəlir. O, məmurlarla hansısa şəxsi ədavətim yoxdur. Amma, görünür, bunlar mənim tənqidlərimi şəxsi olaraq qəbul edirlər və ona görə də dözümsüzlük göstərirlər. Bu xəbərin yayılmasının səbəbi də məhz bu tip məmurların işidir və onlar məni bu yolla susdurmaq niyyətindədirlər. Övladlarımın oxuduğu universitet ABŞ-nın sabiq prezidenti Bill Klinton tərəfindən təsis olunub. Univeristet dünyanın tanınmış təhsil ocaqlarından biridir. İkincisi də, istər mənim övladım olsun, istər başqa birinin fərq etməz, əgər belə universitetdə azərbaycanlı oxuyursa, ona qısqanclıqla yanaşmaq doğru deyil. Əksinə sevinməliyik ki, belə universitetlərin məzunu olan şəxslər bu millət və dövlət üçün yetişdirilən ən vacib kadırlardan biridir. Buna sevinmək əvəzinə, bəzəyib fərqli don geyindirmək ən cılız hərəkətdir" – R.Quliyev bildirib.

Qeyd: Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yaydığı məlumatda bildirib ki, Dubayda Amerikan Universiteti adlanan özəl ali məktəb var.

“Varlı ərəblərdən biri açıb, prestij üçün Amerikadan da bir neçə müəllim də dəvət edib. Birləşmiş Ərəb Əmirliklərində reytinqinə görə 8-ci, dünyada 4064-cü sırada dayanır. İndi bu universitet də dəb olub, bizim bir çox məmurlar öz savadsız uşaqlarını diplom dalınca ora göndərirlər, illik 85.000-90.000 dirhəm (23 min dollardan artıq) təhsil haqqı ödəyirlər. Üstəlik yaşama və yemək xərcləri... Xeyli məmur uşaqları orda təhsil alıb və alır. “Halbuki bizim doğma Bakı Dövlət Universiteti ondan irəlidə - 3945-ci sırada dayanır, yəni daha reytinqlidir. Biri elə deputat Rüfət Quliyev, iki oğlunu bu məktəbdə oxutmaq üçün ən azı 250-300 min dollar pul xərcləyib” – C.Həsənli bildirib./Pravda.az
 

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR