Sərdar Cəlaloğlu: "40 ildir evliyəm, həyat yoldaşıma bir şillə də vurmamışam"

12 mart, 2021 12:41

Partiya sədri qadına qarşı zorakılıq hallarının artmasından danışdı. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabata görə, dünyada hər üç qadından biri həyatlarının hansısa dönəmində ya fiziki, ya da cinsi zorakılıqla qarşılaşır. ÜST yaydığı hesabatda koronavirus pandemiyası zamanı qadınlara qarşı şiddətin artmasına da diqqət çəkib.

ÜST-in məlumatına görə, qadına qarşı zorakılıq halları daha çox Cənubi Asiya və Afrika ölkələrində müşahidə olunur. Bu bölgələrdə qadınlara qarşı şiddət nisbəti 50 faizdən çoxdur. Bu nisbət Avropada, Orta və Şərqi Asiya ölkələrində təxminən 20 faizdir.

Azərbaycanda da qadına qarşı zorakılıq, hüquq pozuntularının olması ilə bağlı müəyyən statistikalar, çoxsaylı müzakirələr var. Bəs bu statistika nə dərəcədə şişirdilir? Axtardığımız qadın haqlarını harada tapaq?

Azsiyasət.com xəbər verir ki, mövzu ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu musavat.com-a danışıb. Partiya sədri hesab edir ki,  Azərbaycanda, ümumilikdə türk dövlətlərində qadınlara qarşı daha az zorakılıq var: 

“Çünki bizim adət-ənənələrimizdə qadına yüksək hörmət var. İkinci bir tərəfdən,  Azərbaycan Konstitusiyasında hüquqlar cinslərə görə ayrılmır. Qadın və kişilərin hüquqları bərabərdir, üstəlik, zərif cins olduqları üçün qadınlara bəzi güzəştlər də edilir. Məsələn, əsgəri xidmətə çağırılmır və yaxud cəza verilərkən onun qadın olması nəzərə alınır. Və yaxud boşanma ilə bağlı məhkəmələrdə ilk növbədə ovladığın qəyyumluğu anaya verilir. Amma bəzi ölkələrdə bu əksinə olur. Eləcə də boşanmadan sonra qadınların yaşama hüququ tanınır. Bu həm də dini kitabımız olan Qurani-Kərimdə də əmr olunub.

Bu gün sanki belə görünür ki, qadınlar kişilərdən daha üstün hüquqa yiyələnmək, bununla da kişilərin hüquqlarını pozmaq istəyirlər. Və yaxud ailədə qadınların öz kişilərinə tabe olmamaq məsələsini hüquqi azadlıq kimi qəbul edirlər. Mütəxəssislər də bildirir ki, iki şəxs arasında mütləq biri tabe olan, digəri isə tabe edən olmalıdır. Ailədə də ər-arvaddan biri tabe, biri də tabe edən olmalıdır. Bir qayda olaraq ailənin bütün yükünü kişi öz üzərinə götürüb, ailəni idarə etdiyinə görə kişi idarə edən, qadın isə idarə olunan rolunda çıxış edir. Bu o demək deyil ki, qadının heç bir hüququ yoxdur, əksinə, evin idarə olunmasında qadın müstəsna hüquqa malikdir, qadının idarə olunması hüququ isə kişiyə malikdir. Bəzilərinin qadın azadlığı haqqında düşündükləri qadın özbaşınalığı, qadınların istədiyini etmə azadlığı kimi başa düşür. Təbii ki, zorakılığın bütün formaları, yəni qadına, uşaqlara, eləcə də kişilərə qarşı zorakılıq pislənilməlidir.

Hesab edirəm ki, bu gün cəmiyyətimizdə qadınlara qarşı zorakılıqların baş verməsinin çox ciddi sosial-iqtisadi səbəbləri var. Belə ki, hazırda ölkədə ciddi rəqəmlərlə hesablanan işsizlik, kasıbçılıq var. Bəzi qadınlar kişilərdən artıq qazanc tələb edəndə ailə konliktlərinə gətirib çıxarır ki, nəticədə kişi qadına qarşı şiddət tətbiq edir. Qanunvericilikdə yoxdur ki, qadın kişidən artıq qazanc tələb edəndə, ona tabe olmaq istəməyəndə ona qarşı nə cür davranılsın. Bu olmadığına görə bəzi kişilərin özləri qadınlarını mühakimə edir və cəzalandırır. Qurani-Kərimdə belə bir ayə var ki “Əgər qadınlar sizin sözünüzdən çıxarlarsa, siz onları döyün”. Burada döymək şiddət deyil, yəni qadınları yumşaltmaq mənasını verir".

Sərdar Cəlaloğlunun sözlərinə görə, qadınlarımızın qadın azadlığını düzgün dərk etməməsi ilk növbədə Azərbaycanda ailə institutunun sarsılmasına gətirib çıxarır, ailə institutu böhrana düşdüyünə görə isə dövlət də böhrana düşür: 

“Qadının kişiyə tabe olmaması vətəndaşların, eləcə də məmurların qanunlara tabe olmamasından heç də fərqlənmir. Mən 40 ildir ki, evliyəm, bu günə qədər həyat yoldaşıma bir şillə vurmamışam. Eləcə də valideynlərim  50  il evli olublar, amma mən bir dəfə də olsun, atamın anama əl qaldırdığını görməmişəm. Yaxınlarımda, qohum-qonşularımda da belə bir zorakılıq görməmişəm. İndi sual olunur ki, qadına qarşı zorakılıq var deyirlər, bəs bu zorakılıq haralarda olur, görəsən? Bizim çox gözəl bir atalar sözümüz var: ”Yüyürən at özünə qamçı vurdurmaz". Yəni qadın o zaman zorakılığa məruz qalır ki, dedi-qodu edir, kişinin ləyaqətinin alçaldır və sairə".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR