Bu dəfə Şəmkirdə karantin qaydaları pozuldu - VİDEO

12 mart, 2021 15:29

Bir ilə yaxındır ki, Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunur. Ölkədə toy-yas mərasimləri də daxil olmaqla, bütün kütləvi tədbirlərin keçirilməsi qadağan olunub. Karantin qaydalarını pozaraq kütləvi şəkildə toplaşan şəxslər polis əməkdaşları tərəfindən aşkarlanaraq qanunvericiliyə uyğun şəkildə cəzalandırılır. Buna baxmayaraq, tez-tez sosial şəbəkələrdə ad günü, nişan, toy və ya digər mərasimlərin keçirilməsinin şahidi oluruq.

Azsiyasət.com qafqazinfo.az-a istinadən xəbər verir ki, belə tədbirlərdən biri də ötən gün Şəmkir rayonunda qeydə alınıb. 

Belə ki, sosial şəbəkələrdə “Bravo” supermarketlər şəbəkəsinin Şəmkir filialının açılışında çəkilmiş videogörüntülər yayılıb. Müzakirələrə səbəb olan videodan aydın olur ki, mağazanın açılışına gələn şəxslər arasında heç bir sosial məsafə gözlənilməyib. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da qatıldığı açılış mərasimində yüzlərlə şəxs mağazanın qarşısına toplaşaraq izdiham yaradıblar.

Açılış mərasimində polis əməkdaşları gözə dəysə də, onlar da toplaşanlar arasında tənzimləmə aparmırlar. Bu isə son günlər yenə də koronavirus pandemiyasına yoluxmanın artdığı bir vaxtda karantin qaydalarının kobud şəkildə pozulmasıdır.

Qeyd edək ki, “Bravo” supermarketlər şəbəkəsinin Bakıda yerləşən şöbələrində karantin qaydalarına tam əməl olunur. Mağazaya daxil olan şəxslərin temperaturu ölçülür, əllərinə dezinfeksiyaedici məhlul vurulur və müştərilər arasında sosial məsafəyə əməl olunması üçün döşəməyə nişanlar qoyulur. 

Şəmkirdə çəkilmiş sözügedən görüntüləri təqdim edirik:

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR