Gömrük Komitəsindəki problemlər niyə həll olunmur? - "Bu qurum ayrıca fəaliyyət göstərməməlidir" - Deputat şərh edir

12 mart, 2021 15:51

Gömrük Komitəsinin fəaliyyəti ilə bağlı kütləvi narazılıqların miqyası son günlər daha da genişlənib. Bu sahədə baş verən problemlərlə bağlı yerli mediada hər gün materiallar dərc olunur, regional faktora əsaslanan bir qrup şəxsin qurumda yüksək vəzifə tutmaları cəmiyyətdə geniş müzakirə olunur, vətəndaşların incidilməsi ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Hətta bir neçə gün bundan əvvəl sahibkarlar Gömrük Komitəsinin qarşısında aksiya keçirmişdi. Təsadüfi deyil ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyev hazırda ən çox tənqid edilən məmurların siyahısında ilk yerdə qərarlaşıb.

Əslində nə baş verir? Gömrük Komitəsindəki problemlər nədən qaynaqlanır? Bu sahədəki süründürməçiliyin, problemlərin həlli mümkündürmü?

Məsələ ilə bağlı Azsiyasət.com-a danışan deputat Erkin Qədirli bildirib ki, Gömrük Komitəsi ayrıca qurum kimi fəaliyyət göstərməməlidir:

“Gömrük Komitəsində baş verənlər sistemin problemidir. Gömrük funksiyası çox önəmlidir, amma vergilər və rüsumlar bir yerdə yığılmalıdır. Komitəyə kimi təyin etsələr, yenə də problemlər aradan qalxmayacaq. Sistem yanlış olandan sonra ora kimi təyin etsəniz də, vəziyyət düzəlməyəcək”.

E.Qədirli eyni regiondan, eyni kənddən (məsələn, Komitədə bir neçə general, onlarla polkovnik və digər yüksək rütbəli şəxslər Nehrəm kəndindəndir) olan şəxslərin Gömrük Komitəsində yüksək vəzifə tutmaları ilə bağlı məsələyə də münasibətini bildirib:

“Bu hüquq məsələsi də deyil. Düzdür, bəzi yanaşmalara görə kvotalar olur. Gömrük Komitəsinin əsas problemləri əslində bunda da deyil. Mən bölgələri və şəxsləri hədəfə göstərməyin tərəfdarı deyiləm. Amma bir daha qeyd edirəm ki, Gömrük Komitəsində, bu sahədə sistemli islahatlara ehtiyac var, bu qurum ayrıca fəaliyyət göstərməməlidir”.

S.Feyruzov, Azsiyasət.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR