Dilavər Əzimlinin xanımı xəstəxanadan şikayətçidir - FOTOLAR

13 mart, 2021 00:27

Martın 3-də koronavirusdan dünyasını dəyişmiş tanınmış tarixçi alim Dilavər Əzimlinin həyat yoldaşı Arzu Qazıyeva Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından şikayətçidir.

Azsiyasət.com xəbər verir ki, alimin xanımı sosial şəbəkə vasitəsilə xəstəxananın baş həkimi İmran Ağayevə müraciət edərək xəstəxana işçilərinin Dilavər Əzimliyə və əşyalarına qarşı məsuliyyətsizlik göstərdiklərini bildirib:

“Əşyalarını iri qara sellofan torbada gətirmişdilər. Torbanın çirkindən cin hürkürdi. İçindəkiləri çıxarmaq üçün bağını açanda quruyub qaldım. Palto, papaq, yun şərf, poluver, şalvar və s. ələ gələsi deyildi. Pasiyent reanimasiyaya köçürülən kimi bütün əşyaları anbara verilmişdi. Orda da onları bataqlıq çamırındakı tək çürütmüşdülər. Bu qeyri-insanlığın müəllifini tapa bilmədik. Tibb bacısı anbardar Elmarın, anbardar tibb bacısının üstünə atdı. Mənə min cür bəhanə gətirdilər, gah dedilər qaytarmırıq, gah dezinfeksiyadan, gah da yandırılmadan uzun-uzadı cəfəngiyyat danışdılar. Danışmağa sözləri bitəndə məsul şəxsi tələb etdik. O, harasa “buxarlanmışdı”. İşin qızğın vaxtında itib-yoxa çıxmışdı. Mən yalnız saatını, telefonunu, özü ilə orda da oxumağa apardığı iki kitabını, eynəyini və kiçik əl çantasını götürə bildim”.

A.Qazıyeva həyat yoldaşının müalicəsinin düzgün aparılmadığını qeyd edib:

“Xəstəliyin artan xətlə getmə riski qarşılığında “sən yüngülsən” deyib yüngül müalicə ilə də məsuliyyətsizcəsinə ağırlaşdırdığınız üçün kiminsə tükü tərpənir? Öz ayağı ilə xəstəxanaya gedən, nə təngnəfəsliyi, nə boğulması olan adam, həqiqətən də, lazımi müalicə alırdısa, necə oldu ki, 4 gün müddətində birdən-birə və doğrudanmı reanimasiyalıq oldu? Biri 20%, digəri 5% zədələnmiş ciyərlərin bir neçə günə böyük sürətlə tam sıradan çıxması inanılmazdır!!! Bəs siz özünüz necə, inanırsız?? Həkimi demişdi ki, o, EKMO aparatına qoşulduğu zaman ciyərlərinin ikisi də, hətta 5% zədələnmiş ciyəri də 100% zədələnmişdi. Mənim açıq qalmış və şübhə doğuran suallarım çoxdan çoxdur. İmzanızla mənə verilmiş xəstəlik epikrizini diqqətlə oxudum. Dilavərin telefonundakı mesajlarla tutuşdurdim – o qədər uyğunsuzluq var ki. Çox uzağa getmirəm, təkcə iki cümlə ilə - “Aparılan bütün tədbirlərə əsasən (!) xəstənin vəziyyəti pisləşməyə davam etdmişdir”, ekmoda olduğu halda “SPO2 səviyyəsi azaldı" (???) cinayət işi başlatmaq olar”.

Xatırladaq ki, daha əvvəl sözügedən xəstəxanada koronavirusdan dünyasını dəyişən pasiyent Bəhram İbrahimovun da həyat yoldaşı şikayətçi olmuş, mərhum ərinin mobil telefonunun oğurlandığını bildirmişdi. Xəstəxanadan verilən açıqlamada isə B.İbrahimovun əşyaları arasında mobil telefon olmadığı bildirilmişdi.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR