Azərbaycan Qarabağda antiterror əməliyyatlarına başlayır? - "Təlimlər buna yönəlib"

15 mart, 2021 14:15

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun üç günlük hərbi təlimlərinə start verilib. Bu, Vətən müharibəsindən sonra həyata keçirilən ilk genişmiqyaslı təlimdir. Belə ki, təlimə canlı qüvvə olaraq 10 min nəfərlik şəxsi heyət cəlb olunub.

Maraqlıdır, təkrar hərbi təlimlərin başlanması hansı zərurətdən doğdu? Qarabağda antiterror əməliyyatı aparıla bilər?

Azsiyasət.com xəbər verir ki, mövzu barədə yenisabah.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan Ordusunun apardığı təlimlərin plan xarakterli olduğunu qeyd edib: 

“Müharibəyə qədər də Azərbaycan Ordusu mütəmadi olaraq irimiqyaslı təlimlər həyata keçirirdi. Onların ssenarisi Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi ilə bağlı idi. Lakin artıq işğalçı qüvvələr darmadağın edilib və ərazi bütövlüyü bərpa olunub. İndi isə biz ordumuzun döyüş potensialını qaldırmaq üçün plan-proqram üzrə nəzərdə tutulmuş tədbirlər həyata keçiririk. Bu təlimlərin məqsədi təlim iştirakçılarının öz vəzifə borclarını yerinə yetirmələrində keyfiyyəti yüksəltmək, ordunu təkmilləşdirməkdir. Hazırda Azərbaycan Ordusu xırda qruplarla təşkil edilə biləcək digər təxribatların qarşısını almaq niyyətindədir”.

Hərbi ekspert diqqətə çatdırıb ki, məkrli yollara əl atan bəzi terrorçu qüvvələr revanşist fikirlərdən, təxribat törətmək niyyətlərindən hələ də əl çəkməyiblər:

“Ona görə də bütün vəziyyət və şəraiti nəzərə alaraq baş verə biləcək terrorçuluq fəaliyyətinin qarşısını almaq üçün Azərbaycan Ordusu öz döyüş potensialını yüksəldir. Ümumiyyətlə, bütün təlimlər orduların antiterror əməliyyatına bağlı olur. Ona görə təbiidir ki, Azərbaycan da öz təlimlərini terrorçuluğa qarşı mübarizəyə yönəldib. Bu ssenaridə hər kəs öz vəzifəsini yerinə yetirir. Döyüş hazırlığının yüksək səviyyədə olmalıdır”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR