Ata Abdullayev həbsdə intihar edib? - DTX-dan AÇIQLAMA
16 mart, 2021 00:38
Bloqer Ata Abdullayevin intihar etməsi ilə bağlı xəbərlər yayılıb. Azsiyasət.com xəbər verir ki, yayılan şayiələrə aydınlıq gətirmək üçün musavat.com Dövlət Təhlükəsizlik Xidmətinə sorğu göndərib.
DTX-dan bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Xatırladaq ki, A.Abdullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirildiyi bildirilir.