"Mənzil oğrusu" olan mətbuat katibi işdən çıxdı - FOTO

12 avqust, 2020 16:46

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov işdən çıxıb. Azsiyasət.com xəbər verir ki, bu barədə o, Facebook səhifəsində məlumat verib: 

"Tam 20 il – 2000-ci ildən – müxtəlif vəzifələrdə çalışdığım Mədəniyyət Nazirliyində fəaliyyətimi bu gündən etibarən başa vururam".

"Arxada qalan illər mənə çalışdığım sahədə təcrübə, səriştə qazandırmaqla bərabər, daim təmasda olduğum media sahəsində çoxlu dostlar, dəyərli həmkarlar da bəxş edib. Onların də hər birinə uzunmüddətli əməkdaşlığa görə minnətdarlığımı bildirir və işlərində nailiyyətlər arzu edirəm".
 
Xatırladaq ki, İ.Hümbətov mediaya açıq mətbuat katibi kimi tanınmayıb, əksinə, məmursayağı davranışlarına görə mütəmadi olaraq mediada tənqid hədəfinə çevrilib.  

O, 2017-ci ildə Jurnalistlər Binasında üç otaqlı mənzillə təmin olunub. Halbuki, onun əlavə iki mənzili də var ki, onlardan birini eks şefi - keçmiş Mədəniyyət Naziri Əbülfəs Qarayev şəxsən özü İ.Babayevə bağışlayıb. 

İ.Hümbətov hazırda KİVDF Müşahidə Şurasının da üzvüdür. V.Səfərlinin rəhbərliyi altında həyata keçirilən qanunsuz əməllərdən Müşahidə Şurasının üzvü kimi İ.Hümbətovun da xəbəri olmamış deyildir Ona görə də, İ.Hümbətovun KİVDF-dəki fəaliyyəti həmin qurumla bağlı hüquq-mühafizə orqanlarının apardığı araşdırmaların əsas istiqamətlərindən biri olmalıdır.  
 
Mediapress.az-ın məlumatına görə, sözügedən üçotaqlı mənzil sahibinə təhvil veriləndən bəri orada heç kim yaşamır. Onlarla jurnalist kirayələrdə qaldığı halda...
 
Əldə etdiyimiz xəbərə əsasən,  kommunal xərclərlə bağlı gələn qəbzlər də üst-üstə yığılmaqdadır.  
 
Foto: İntiqam Hümbətovun Jurnalistlər Binasındakı bağlı mənzili...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR