Elman Rüstəmov və Rəşad Əhmədov - Milyonların mənimsəmə mexanizmi - ŞOK FAKTLAR

17 mart, 2021 13:38

Ötən gün Milli Məclisin iclasında millət vəkili Fəzail Ağamalı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovu ciddi tənqid edib. Bildirib ki, onun bərbad idarəçiliyi sayəsində Azərbaycanda bank sektoru ağır duruma salınıb, onminlərlə insanın həyatı cəhənnəmə çevrilib. Millət vəkilinin sözlərinə görə, Elman Rüstəmovun nəzarət etdiyi bütün sahələrdə acınacaqlı durum baş alıb gedir.

Mərkəzi Bankın nəzarət etdiyi problemli, demək olar ki, işləməyən, korrupsiya yuvasına çevrilən sahələrindən biri də sığorta sistemidir.

Azsiyasət.com xəbər verir ki, bakupost.az bir müddət əvvəl araşdırdığı İcbari Sığorta Bürosu ilə bağlı yeni faktlar əldə edib. Büro rəhbərinin maliyyə əməliyyatları, şirkətləri, qazandığı müəmmalı tenderləri, əmlakları barədə araşdırmamızın növbəti hissəsini təqdim edirik:

Milyonçu Rəşad Əhmədov hansı vəzifələri daşıyır...

Rəşad Əhmədov İcbari Sığorta Bürosunun direktoru, “Standard İnsurance” sığorta şirkətinin ləğvetmə komissiyasının rəhbəri olmaqla yanaşı ölkənin müxtəlif qurumlarında keçirilən tenderlərdə ixtisaslaşmış əsas şirkətlərdən bir neçəsinə sahiblik etməkdədir. Onun biznes imperiyasına məxsus “Electro İndustries” QSC, “Verdict Service Company” MMC, “GatDigital” QSC, “AzConstruction” QSC şirkətlərinin adı çoxmilyonluq tender oyunlarında hallanır.

Bəzi istinadlar:

https://www.amerikaninsesi.org/a/azeri-isiq/4026746.html

387 min manat vergi borcu olan şirkət 100 milyonluq tenderlərdə necə qalib olub?

“Electro İndustries” QSC “Verdict-Service Company” MMC-nin QSC-yə çevrilməsi yolu ilə 2018-ci ilin sentyabrında yenidən təsis edilib. Şirkət “Verdikt” hüquq şirkətinin direktoru Rəşad Əhmədovun qardaşı Aqşin Bayram oğlu Əhmədovun adına 2010-cu ildə təsis edilib. Şirkət 2017-ci ildə transformasiya edərək elektrik xətlərinin çəkilişi ilə məşğul olmağa keçənədək fəaliyyəti barədə publik məlumat yoxdur. Elə maliyyə hesabatında da 2017-ci ilin əvvəlində fəaliyyət göstərmədiyi əks olunub. 2017-ci II-ci rübündən isə 387 min manat vergi borcu ola-ola mart ayında “Azərişıq” ASC-nin mühüm layihəsinin icrası üzrə tenderinin qalibi olur. Hərçənd, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyə görə, tenderə qatılan iddiaçıların mühüm maliyyə və vergi öhdəlikləri olmamalıdır. Buna baxmayaraq, “Azərişıq” onunla Hacıqabul və Şamaxı rayonlarında yaradılan 2 aqroparkın elektrik təchizatı sistemini qurmaqdan ötrü 34,2 milyon manatlıq müqavilə bağlayır.

Araşdırmalar nəticəsində bəlli olur ki, şirkət tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziyanı 2017-ci ilin iyun ayının 14-də alıb. Başqa sözlə, tenderə sənəd təqdim edərkən, onun elektrik enerjisi obyektlərinin tikintisi sahəsində nəinki 5 milyon manat dəyərində icra olunmuş layihə keçmişi, heç bu sahədə işləmək üçün icazəsi və təcrübəsi belə olmayıb.

“Zaman-Audit” MMC audit şirkətinin rəyinə əsasən, şirkətin ümumi mənfəəti 2019-cu ilin əvvəlinə 7 milyon 435 min manat təşkil edib. (https://xalqqazeti.com/az/news/25015). 

2018-ci ildə “Azərişıq” və “Azərenerji”nin bu şirkətə daha hansı işləri həvalə etdiyi barədə məlumat verilmir.

Əvəzində “Electro İndustries” şirkəti ilə demək olar ki, eyni vaxtda Rəşad Əhmədov tərəfindən təsis edilən “Azconstruction” QSC-nin 2016-2019-cu illərdə təkcə “Azərişıq” ASC-dən ümumi məbləği 133,2 milyon manat dəyərində publik sifarişlər aldığı məlum olur.

“Azconstruction” şirkəti barədə də ictimaiyyətə elə çox informasiya bəlli deyil. Bu şirkət barədə ictimaiyyətə açıq informasiya onun “Azərişiq” ASC ilə tərəfdaşlığı barədədir. “Azərişığ”ın ona tapşırdığı 13 layihə arasında Hövsan və Binə qəsəbələrindəki, Qax, Goranboy, Ucar, Şabran, Biləsuvar və Hacıqabul rayonlarındakı iri əkin sahələrinin, istixanaların və quşçuluq təsərrüfatının xarici elektrik təchizatı xətlərinin tikintisi, Ağ Şəhərin və Bakının başqa ərazilərinin enerji təchizatı işləri də var. Görünən həm də odur ki, dövlət hesabına icra olunan bu layihələr Rəşad Əhmədovun şirkətinə başgicəlləndirən məbləğlərdə qazanc gətirib. Maliyyə hesabatına görə, irihəcmli işlərin tapşırıldığı şirkətin balansındakı əmlakının dəyəri cəmi 130 min manata yaxın olub. Bu kiçik potensialla “Azconstruction” QSC 2018-ci ildə 23 milyon 804 min manat mənfəət əldə edib. 2018-ci ilin sonu tarixinə “Zaman-Audit” MMC audit şirkətinin audit rəyinə əsasən şirkətdə 10 manat kapitalı olan Əhmədovlar ailəsinə ödəniləcək dividend məbləğinin miqdarı 19 milyon 43 min manat olaraq təsdiqini tapıb (https://xalqqazeti.com/az/news/25018). 

2018-ci il ərzində müqavilələr üzrə 80,7 milyon manat məbləğində əməliyyat gəliri əldə edən bu şirkət dövlət büdcəsinə 4,7 milyon manat, əməliyyat mənfəətinin onda-biri qədər mənfəət vergisi ödəyib. Məlumatlara əsasən şirkətin qalib elan edildiyi sonuncu tender isə 2020-ci ilin dekabr ayında olub və Qaradağ rayonunun Ələt qəsəbəsindəki Azad İqtisadi Zonanın ərazisində ilkin elektrik işlərinin layihələndirilməsi və görülməsi üçün şirkətə 9 milyon 984 min manat vəsait ayrılıb. (https://etender.gov.az/competition/notifications). 

“Azconstruction” QSC-nin ilk direktoru Rəşad Əhmədovun atası Bayram Əhmədov olub. O, həm də “Azərişıq” ASC-nin 2016-cı ildən bəri daimi tərəfdaşı olan “Gatdigital” QSC-nin rəhbəri və qanuni təmsilçisidir.

Bu dövrdə ölkənin elektrik təchizatçısı “Gatdigital” QSC-dən müxtəlif elektrik malları, sayğaclar və sayğac qutuları, dayaq və bünövrələr, işçi geyimləri və s. satışı etməkdən ötrü 25 publik müqavilə bağlayıb. Bu müqavilələr üzrə şirkətə təkcə 2018-ci ildə 28.7 milyon manat (https://finans.az/xeber/sentyabrda-en-cox-satinalma-eden-dovlet-qurumlari-ve-bundan-qazanan-sirketler.html), ümumilikdə isə 155 milyon manatdan çox vəsait ödənilib (https://etender.gov.az/media/contracts-register). 

Azconstruction QSC kimi “Gatdigital” QSC-nin də hüquqi ünvanı Əhmədovların Bülbülə qəsəbəsindəki villası olub. Hal-hazırda isə “Azconstruction” QSC və “Electro İndustries” QSC-nin qanuni təmsilçiləri, eləcə də hüquqi ünvanları dəyişdirilib.

“Azərsun Holdinq”lə 2 milyonluq layihə

Dövlət satınalmaları portalına görə, 2019-cu ilin yayında 110/35/6 kV-luq Sumqayıt-3 yarımstansiyasından “Azərsun Holdinq” MMC-nin yağ, plastik və karton zavodlarına 35 kV-luq kabel xəttinin çəkilməsi üzrə 2 milyonluq layihənin icrası da adı çəkilən şirkətlərdən birinə – “Electro İndustries” QSC-yə tapşırılıb. Məlumat üçün bildirək ki, Rəşad Əhmədovun əvvəlki iş yeri “Azərsun Holdinq” olub.

Rəşad Əhmədovun başgicəlləndirən sərvəti...

Rəşad Əhmədovun ona verilən postdan istifadə edərək, şəffaflığı şübhə altında olan böyük layihələri udması, “obnaliçka” ilə məşğul olan şirkətlər qurması ona əlbəttə böyük sərvətlər bəxş edib. Evlərinin, villalarına toxunmadan bu yazıda yalnız bir qismini müəyyən edə bildiyimiz avtomobillərinin siyahısını təqdim edirik:

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR